“Əmanətlərin Sığortalanması Fondu” “Elektron hökumət” portalına inteqrasiya edildi

 “Əmanətçilərin məlumatlarının dəqiqləşdirilməsinə dair elektron müraciət” adlı elektron xidmət “Elektron hökumət” portalı üzərindən vətəndaşlara təqdim ediləcək. Bu barədə NRYTN-nin Məlumat Hesablama Mərkəzindən bildirilmişdir.

Belə ki, artıq əmanətçilər depozit məlumatlarının dəqiqləşdirilməsi üçün fonda müraciəti heç yerə getmədən məhz portal üzərindən əldə edə biləcəklər. Bunun üçün ilk növbədə “Elektron hökumət” portalının təqdim etdiyi 4 autentifikasiya vasitələrindən birini istifadə etməklə portaldan qeydiyyatdan keçmək vacibdir.

Bu zaman ilk olaraq vətəndaşın şəxsiyyət vəsiqəsi üzrə məlumatları ekranda görünür.

Təqdim olunan anket üzrə tələb olunan digər zəruri məlumatları isə vətəndaş özü əlavə edir. İstifadəçi əlaqə nömrəsi, əmanət müqaviləsinin nömrəsi, e-mail və əmanət müqaviləsinin tarixini qeyd edib, əmanətçinin təmsil olunduğu bank kateqoriyası üzrə ona uyğun olan bankı seçib, əmanət müqaviləsini əlavə edir və müraciətdəki məlumatların doğruluğunu təsdiq edib “göndər” düyməsini sıxmaqla müraciətini göndərmiş olur. Qeyd edək ki, hazırda depozit məlumatlarını dəqiqləşdirmək üçün müştərilər yalnız “Dəmir bank” üzrə fonda müraciət edə bilərlər.

Əmanətlərin Sığortalanması Fondu Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 9 fevral 2007-ci il tarixli fərmanına əsasən yaradılıb, 2007-ci ilin 12 avqust tarixindən isə fəaliyyətə başlayıb. Əmanətlərin Sığortalanması Fondunun yaradılmasında məqsəd banklar və xarici bankların yerli filialları ödəmə qabiliyyətini itirdikdə fiziki şəxslərdən əmanətə qəbul olunmuş pul vəsaitinin itirilməsi riskinin qarşısını almaq, Azərbaycan Respublikasında maliyyə və bank sisteminin sabitliyini və inkişafını təmin etməkdir.

Qeyd edək ki, fondun sığorta ehtiyatları fonda üzv olan banklardan rüblük olaraq yığılan təqvim haqlarının hesabına formalaşır. Fiziki şəxslərin əmanətlərinin cəlb edilməsi üçün bank lisenziyasına malik olan bütün banklar və xarici bankların yerli filialları fondun məcburi iştirakçılarıdır. İştirakçı bankların Azərbaycan Respublikası ərazisindən kənarda yerləşən filiallarındakı əmanətlər fond tərəfindən sığorta olunmur və onlar üzrə kompensasiya ödənilmir.

 

M.MÜKƏRRƏMOĞLU,
”Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında