Gəncədə beynəlxalq elmi simpozium keçirilir

Gəncədə Heydər Əliyev Fondunun, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA), mədəniyyət və turizm nazirliyinin, Azərbaycan Bəstəkarlar İttifaqının və şəhər icra hakimiyyətinin birgə təşkilatçılığı ilə «Muğam aləmi» V Beynəlxalq Muğam Festivalı çərçivəsində «Azərbaycanda muğamının konseptual mahiyyəti. Dil və ritmik özəllikləri» mövzusunda ikigünlük elmi simpozium keçirilmişdir.

Simpoziumu giriş sözü ilə AMEA Gəncə Bölməsinin akademik katibi Fuad Əliyev açaraq muğam festivalının əhəmiyyətindən danışıb, iki ildən bir  festival çərçivəsində keçirilən elmi simpoziumun AMEA Gəncə Bölməsinin həyatında əlamətdar hadisələrdən biri olduğunu qeyd etmişdir.

Gəncə Şəhər İcra Hakimiyyəti başçısının  ictimai siyasi və humanitar məsələlər üzrə müavini Sevda Qurbanəliyeva çıxış edərək, xalq musiqisi sənətinin inkişafı üçün dəyərli layihə olan muğam festivalının keçirilməsini xalq yaradıcılığına böyük diqqət və qayğının parlaq təzahüri kimi qiymətləndirmişdir.

AMEA Əlyazmalar İnstitutunun direktoru,  akademik Teymur Kərimli əsrlər boyu nəsildən-nəslə keçən muğam sənətinin ölkədəki inkişafından, birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə Azərbaycanda muğam sənəti ilə bağlı həyata keçirilən layihələrdən, xalq yaradıcılığımızın bu mühüm qolunun qorunub saxlanması və təbliği istiqamətində görülən işlərdən danışmışdır.

AMEA-nın müxbir üzvü Könül Bünyadzadə “Muğam milli təfəkkürün konsepsiyası kimi”, Macarıstan Elmlər Akademiyasının  professoru Yanoş Sipoş “Azərbaycan xalq musiqisinin macar və Anadolu ilə bağlantısı”, professor Nailə Rəhimbəyli “Folklor janrlarının xanəndə yaradıcılığında mövqeyi”, Türkdilli ölkələrin Musiqi qrupları şurasının üzvü Quzel Sayfullina “Tatar müsəlman mədəniyyətində dini mətnlər”,  dosent Əfsanə Babayeva “Muğam və mifologiyadakı şüurun qarşılıqlı əlaqəsi”, dosent Fəxrəddin Baxşəliyev “Muğam sənəti ilə təsərrüf fəlsəfəsinin  əlaqə prinsipləri” mövzularında çıxışlar etmişlər.    Elmi simpoziumda musiqişünas alimlər  muğam musiqisini elmi cəhətdən müzakirə etmiş, onun mədəniyyətləri, xalqları birləşdirən körpü olduğunu vurğulamışlar.

Məlumat üçün bildirək ki, simpoziumda Fransa, Kanada, Hollandiya, Serbiya, Macarıstan, Türkiyə, İran, Özbəkistandan və digər ölkələrdən dəvət olunmuş qonaqlar iştirak etmişlər.

               

Hamlet Qasımov,
“Xalq qəzeti”nin bölgə müxbiri

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında