"Dövlət və din" ictimai fikir toplusunun yeni ildə ilk nömrəsi çapdan çıxmışdır

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) nəşri olan "Dövlət və din" ictimai fikir toplusunun 2011-ci ildə ilk nömrəsi işıq üzü görmüşdür.
DQİDK-nin mətbuat xidmətindən bildirmişlər ki, toplu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə müraciəti ilə açılır. Jurnalın "Rəsmi guşə"sində, həmçinin dövlətimizin başçısının 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına və Milad bayramı ilə əlaqədar pravoslav xristian icmasına təbrikləri işıqlandırılmışdır.
Toplu rus dilində məqalələrin çapı ənənəsini davam etdirir. Bu nömrədə Samirə Mirbağırzadənin "Rastsvet kulturı Azerbaydjana v epoxu İslamskoy sivilizasii" yazısı "Azərbaycan gerçəkliyi" rubrikası altında dərc edilmişdir. Bölmədə, həmçinin "Azərbaycanda Orta əsr təhsil və elm mərkəzləri - mədrəsələr", "Azərbaycanda İslam mədəniyyəti tarixi və müasirlik kursunun tədrisinə dair" məqalələri yer almışdır.
"Cəmiyyət və din" adlanan üçüncü bölmədə Tural Əliyevin "Fəzilətin Tusi yozumu", Məhəmməd Balayevin "Georq Vilhelm Fridrix Hegel və Şərq", Elvüsal Məmmədovun "Qədim yunan ictimai fikrində və xristianlıq təlimində fəlsəfə və din" yazıları dərc edilmişdir.
"İslam həqiqətləri" rubrikası altında oxucular "İslam təbabətində stressi aradan qaldırmaq yolları", "Bərzəx və Əraf", "İslam dini və fəlsəfəsi", "Suffənin məşhur səhabələri", "Məzhəblərarası yaxınlaşma kontekstində təkfir problemi", "Quranın "əmr" və "inkar" hökmlü ayələrinə dair" və "Muğam və Quran paralelləri" yazıları ilə tanış ola bilərlər.
Toplunun ənənəvi "Əsrlər, şəxsiyyətlər" bölməsində Sənai Qəznəvi, Mustafa ağa Şuxi, Qazi Əbdülcəbbar, Yusif Həmədani kimi şair və din xadimlərinin həyat və yaradıcılığından bəhs edən maraqlı yazılar diqqətə çatdırılmışdır.
"Dövlət və din"in ənənəvi rubrikalarından biri də "Tarixə pəncərə"dir. Bu bölmədə tarixi faktlara əsaslanan "Xristianlığaqədərki dövrdə Qafqaz albanlarının dili, dini, mənşəyi" və "Şəmkir şəhərinin Orta əsrlər tarixinə dair" başlıqlı məqalələrin oxucular tərəfindən maraqla qarşılanacağı şübhəsizdir.
Jurnalın bu nömrəsində Əkbər Nadir Nəcəfin "İlkin orta əsrlərdə türklərin din anlayışı və şamanizm" mövzusunda yazısı "Dinlər, təriqətlər, cərəyanlar və təlimlər" rubrikası altında dərc olunmuşdur.
Toplunun daimi və maraqlı bölmələrindən biri də "Abidələr" adlanır. Bu sayda oxucular II Qıraq Kəsəmən antik dövr nekropolunda dəfn adəti haqqında məlumat alacaq, Naxçıvanın tarixinə ekskurs edəcək və Fəridə Mirbağırzadənin rus dilində dərc edilmiş "Mirovospriyatiye simvolov v dekorativno-prikladnom iskusstve Vostoka" məqaləsi ilə tanış ola biləcəklər.
Bu nömrədə də dini terminlərin izahlı lüğətinin davamı dərc olunmuşdur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında