İcra hakimiyyətinin başçısı qəhrəman nənəni evində təbrik etdi

8 Mart Beynəlxalq Qadınlar bayramı münasibəti ilə Ağstafanın Aşağı Kəsəmən kənd sakini, Sosialist Əməyi Qəhrəmanı, 95 yaşlı Yasəmən Niftalı qızı Məmmədovanın evində keçirilən görüş ona çox xoş təsir bağışlamış və kövrəltmişdir. İcra hakimiyyəti başçısının hüquq mühafizə orqanlarının rəhbərləri ilə birgə Yasəmən nənəni yad etməsi, çay süfrəsi ətrafında səmimi söhbəti təkcə onun yox, bütün ailə üzvlərinin sevincinə səbəb olmuşdur. Yasəmən Məmmədova üzünü icra hakimiyyətinin başçısı Məhərrəm Quliyevə tutaraq demişdir ki, ulu öndər Heydər Əliyevin ona isti münasibətini bu gün ölkə başçısı İlham Əliyevin Ağstafaya və ağstafalılara göstərdiyi münasibətə bənzədir. Bu gün Ağstafa əsl inkişaf dövrünü yaşayır.

95 yaşlı nənə rayon rəhbərinə onu bu əziz gündə yad etdiyi üçün dərin minnətdarlığını bildirmişdir.

                  

Hamlet Qasımov,
"Xalq qəzeti"nin bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında