Şamaxıda 8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə təntənəli bayram tədbiri keçirilmişdir

Bu gün Şamaxıda 8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə qadınların şəninə təşkil olunmuş təntənəli bayram tədbiri keçirilmişdir.

100-ə yaxın şamaxılı xanımın iştirak etdiyi tədbiri rayon icra hakimiyyətinin başçısı Asif Ağayev açaraq bayram münasibətilə təbrik etmiş, cəmiyyətdə və ailədə qadınların rolundan danışmış, onların ictimai həyata, ailəyə mənəvi dayaq olduqlarını söyləmişdir. Vurğulamışdır ki,  Ümummilli lider Heydər Əliyev daim qadınlarımızın zəhmətini, cəmiyyət həyatının müxtəlif sahələrində fəaliyyətini yüksək qiymətləndirmiş, onlara hər zaman böyük hörmətlə yanaşmışdır. Bu gün Prezident cənab İlham Əliyevin yürütdüyü siyasət nəticəsində qadınlara ictimai həyatın bütün sahələrində bərabər imkanlar yaradılmışdır.

Çıxışlarda qadınların bütün sahələrdə kişilərlə bərabər geniş təmsil olunmalarının, o cümlədən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti kimi vacib bir rəhbəri vəzifədə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın olmasının ölkəmizdə qadınlara dövlət səviyyəsində göstərilən ehtiramın, diqqətin və inamın bariz nümunəsi olduğu qeyd olunmuşdur.

Tədbirdə rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilmiş Könül Abdurahmanovaya medal təqdim olunmuşdur.

Bədii hissə ilə davam edən bayram tədbirində tanınmış incəsənət ustalarının ifasında səslənmiş muğamlar, xalq mahnıları tədbir iştirakçılarına xüsusi ovqat bəxş etmişdir.

Tədbir birlik rəmzi olan “Yallı” rəqsi ilə yekunlaşmışdır.

 

İlqar HƏSƏNOV,
“Xalq qəzeti”nin bölgə müxbiri

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında