Macarıstanın Azərbaycandakı səfirliyinin yeni binasının açılışı olmuşdur

Fevralın 24-də Macarıstanın Azərbaycandakı səfirliyinin yeni binasının açılışı olmuşdur.
Açılış mərasimində xarici işlər nazirinin müavini Xələf Xələfov, Macarıstanın xarici işlər üzrə dövlət katibi Jolt Nemet, Avropa Parlamentinin vitse-prezidenti Laslo Törkiş, xarici ölkələrin respublikamızdakı səfirləri, ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
Macarıstanın xarici işlər üzrə dövlət katibi Jolt Nemet bildirmişdir ki, ölkələrimiz arasında münasibətlərin tarixi hələ VII-VIII əsrlərə təsadüf edir. Sovetlər dövründə macar tələbələri Azərbaycan Dövlət Neft Akademiyasında təhsil almış, əczaçılıq və digər sahələrdə əməkdaşlıq davam etmişdir. Müstəqillik bərpa edildikdən sonra isə NABUKO, AGRİ kimi layihələr ölkələrimizi daha da yaxınlaşdırmışdır.
J.Nemet qeyd etmişdir ki, 2011-ci ilin ilk 6 ayında Macarıstan Avropa İttifaqına sədrlik edəcəkdir. Bu müddət ərzində Macarıstan Azərbaycanın Avropa məkanında layiqli yer tutması üçün əlindən gələni edəcəkdir. Avropa İttifaqı Azərbaycanla Şərq tərəfdaşlığı proqramı çərçivəsində sıx əməkdaşlıq edir. Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığı, eləcə də viza məsələsinin sadələşdirilməsi üçün gözəl imkan yaranmışdır.
Xarici işlər nazirinin müavini Xələf Xələfov Azərbaycan hökuməti adından ölkəmizdə Macarıstan səfirliyinin rəsmi açılışı münasibətilə təbriklərini çatdırmışdır. Bildirilmişdir ki, hər iki ölkədə fəaliyyət göstərən səfirliklər dövlətlərimiz arasında dostluq münasibətlərini daha da inkişaf etdirəcəklər. Nazir müavini ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təminində etibarlı tərəfdaş olduğunu da diqqətə çatdırmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında