Azərbaycan Prezidenti İlham Əliyev müharibə veteranına televizor hədiyyə etmişdir

Azərbaycan Prezidenti İlham Əliyev 1941-1945-ci il müharibəsinin iştirakçısı olan Gəncə şəhər sakini Həşim Ağamirova televizor hədiyyə etmişdir. Hədiyyə aprelin 27-də veterana çatdırılmışdır.
H.Ağamirov müharibəyə 17 yaşında getmişdir. Dəmiryolçu olduğundan hərbi komissarlıq onu cəbhəyə göndərməkdən imtina etsə də, o təkid etmiş və könüllü olaraq müharibəyə getmişdir. Ağır döyüşlərdə iştirak etmiş H.Ağamirov xidmətlərinə görə orden və medallarla təltif olunmuşdur. Müharibədən qayıdandan sonra əmək cəbhəsində də fərqlənmiş H.Ağamirov altı övlad böyütmüşdür. Hazırda 84 yaşlı müharibə veteranının nəvə-nəticələri də böyüyür.
Başqa veteranlar kimi H.Ağamirov da dövlətin hərtərəfli qayğısı ilə əhatə olunmuşdur. Hər ay xəstəxanada müayinə olunur və dərmanlarla pulsuz təmin edilir.
Prezident İlham Əliyev 1941-1945-ci il müharibəsində qələbənin 65 illiyi ilə əlaqədar ona televizor hədiyyə etmişdir. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov veteranın evində olmuş və dövlətimizin başçısının hədiyyəsini ona təqdim etmişdir.
Hazırda Gəncədə 460 müharibə veteranı yaşayır. Onlar qələbənin 65 illiyini qeyd etməyə hazırlaşırlar.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında