Vyanada ATƏT PA-nın qış sessiyası keçirilir

Fevralın 24-də Vyanada ATƏT Parlament Assambleyasının (ATƏT PA) X qış sessiyası öz işinə başlamışdır.
Sessiyada Azərbaycanı Milli Məclis sədrinin müavini, ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Bahar Muradovanın başçılıq etdiyi nümayəndə heyəti təmsil edir. Parlament nümayəndə heyətinə parlamentin komitə sədrləri Rəbiyyət Aslanova, Eldar İbrahimov, deputatlardan Fəttah Heydərov, Ağalar Vəliyev və Azay Quliyev daxildirlər.
Sessiyanın işində təşkilata üzv olan 53 ölkədən 250-dək deputat, eləcə də xüsusi qonaq statusunda Türkdilli Ölkələrin Parlament Assambleyasının (Türk PA) nümayəndə heyəti iştirak edir.
Sessiyanın açılışında çıxış edən ATƏT-in fəaliyyətdə olan sədri, Litvanın xarici işlər naziri A.Ajubalis Aralıq dənizi ölkələrində son dövrlərdə baş verən hadisələrdən bəhs etmiş, həlli uzanan münaqişələr məsələsinə toxunmuşdur. A.Ajubalis Dnestryanı bölgə ilə bağlı danışıqları bərpa etməyə çağırmış və Dağlıq Qarabağ münaqişəsi üzrə vəziyyətdən narahatlığını ifadə etmişdir.
ATƏT-in fəaliyyətdə olan sədri çıxışının sonunda bildirmişdir ki, həlli uzanan münaqişələrlə bağlı müzakirələr aparmaq məqsədilə mart ayının ortalarında Cənubi Qafqaz regionuna səfər edəcəkdir.
Sessiyanın plenar iclasının açılışında Azərbaycanın Avstriyadakı səfiri, ATƏT yanında daimi nümayəndəsi Fuad İsmayılovun xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Fevralın 25-dək davam edəcək sessiyada immiqrasiya, inteqrasiya və dialoq, Yaxın Şərqdə, Belarusda vəziyyət, son aylarda ərəb ölkələrində baş verən hadisələr barədə müzakirələr aparılacaqdır. ATƏT-in milli azlıqlar üzrə ali komissarı Knut Vollebek, ATƏT PA-nın miqrasiya üzrə xüsusi nümayəndəsi Katlin Ferrier, ATƏT PA-nın Aralıq dənizi regionu üzrə xüsusi nümayəndəsi Alsi Hastinqs geniş məruzələrlə çıxış edəcəklər.

{nl}

Elgün NİFTƏLİYEV AzərTAc-ın xüsusi müxbiri
Vyana


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında