6-7 min ailə özünüməşğulluq proqramına cəlb olunacaq

Hazırda özünüməşğulluq proqramı çərçivəsində seçim prosesi gedir. Ayrı-ayrı rayon və regionlar üzrə bu proqrama cəlb olunacaq ailələrin sayı müəyyənləşdirilir. Prosesə müvafiq məşğulluq mərkəzləri və Dövlət Məşğulluq Xidmətinin mərkəzi ofisi ilə yanaşı inklüzivliyi təmin etmək məqsədilə Birləşmiş Millətlər Təşkilatının (BMT) İnkişaf Proqramı da qoşulub.

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Siyəzəndə vətəndaşların qəbulu zamanı jurnalistlərə açıqlamasında bildirib.

Nazir qeyd edib ki, əlililiyi olan şəxslərin də bu proqrama qoşulması nəzərdə tutulub. Yaxın zamanlarda seçim prosesi başa çatacaq və bundan sonra biznes planların tərtib olunması üçün həmin şəxslər təlimlərə cəlb ediləcək: “Onlar kiçik biznesin idarə olunması üçün müvafiq biliklərə yiyələnəcəklər. Sonra həmin şəxslər öz biznes planlarını hazırlayacaqlar. Biz də onların müvafiq aktivlərlə təmin olunmasına və ailə təsərrüfatlarının yaradılmasına şərait yaradılacaq”, - deyə Səlim Müslümov vurğulayıb.

Nazir deyib ki, Prezidentin tapşırığına əsasən 6-7 min ailənin bu prosesə cəlb olunması nəzərdə tutulur. Hazırda İşsizlikdən Sığorta Fonduna vəsaitlərin yığılması prosesi gedir. İki ay ərzində Fonda 4 milyon manatdan çox vəsait toplanıb. İlin sonuna kimi 89 milyon manatdan artıq vəsaitin toplanacağı proqnozlaşdırılır ki, bunun da 1 faizdən çoxu özünüməşğulluq proqramına yönləndiriləcək.

Vaqif BAYRAMOV,

“Xalq qəzeti”                                                                                

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında