Azərbaycandakı Amerika Ticarət Palatasının aylıq işgüzar iclası keçirilmişdir

Fevralın 24-də Azərbaycandakı Amerika Ticarət Palatasının aylıq işgüzar iclası keçirilmişdir. İclasda Amerika Birləşmiş Ştatlarının Azərbaycanda yeni təyin olunmuş səfiri Mətyu Brayzə çıxış etmişdir. Səfir demişdir ki, enerji sahəsi ilə yanaşı, rəsmi Vaşinqton özəl firmalarla da əməkdaşlığı diqqət mərkəzində saxlayır.
Görüşdə, həmçinin Amerika ilə Azərbaycanın özəl şirkətləri arasında əməkdaşlıq imkanları müzakirə edilmişdir. Qeyd edək ki, Azərbaycandakı Amerika Ticarət Palatasının 220 üzvü var.
Səfir Mətyu Brayzə jurnalistlərə müsahibəsində Dağlıq Qarabağ münaqişəsinə də toxunmuşdur. O demişdir ki, hamıya məlumdur ki, bu ölkədə və regionda Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi məsələsindən daha mühüm və vacib məsələ yoxdur.
ABŞ diplomatı qeyd etmişdir ki, bu münaqişənin həlli Azərbaycan xalqına və ümumilikdə, regionda yaşayan insanlara sülh və sabitlik gətirəcəkdir. O demişdir ki, dövlət katibinin birinci müavini Ceyms Staynberqin Azərbaycana səfəri zamanı da Dağlıq Qarabağ məsələsi müzakirə olunacaqdır.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında