Ankarada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılmışdır

Azərbaycanın Türkiyədəki səfirliyi Ankaranın Etimesqut bələdiyyəsi ilə birgə Xocalı soyqırımı qurbanlarının xatirəsini anma mərasimi keçirmişdir.
Mərasim iştirakçıları Xocalı soyqırımı dəhşətlərini əks etdirən fotoşəkillərdən ibarət sərgi ilə tanış olmuşlar. Bələdiyyə salonunun foyesində "Xocalıya ədalət" kampaniyası çərçivəsində imzalar toplanılmışdır.
Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.
Azərbaycan və Türkiyənin dövlət himnləri səslənmişdir.
Etimesqut bələdiyyəsinin sədri Ənvər Dəmirər mərasimi açaraq, Azərbaycan və Türkiyə xalqlarının yaşadıqları faciələrin unudulmayacağını, bunlardan dərs alınmasının zəruriliyini vurğulamışdır. Xalqlarımız sahib olduqlarını qorumaq üçün birlik və həmrəyliyini möhkəmləndirməlidir.
Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov demişdir ki, Xocalı soyqırımı ermənilərin yüz illər boyu türklərə bəslədiyi nifrətin nəticəsidir. Ermənilərin törətdiyi Xocalı soyqırımında 613 dinc sakin qətlə yetirilmiş, 1255 nəfər girov götürülmüşdür. Girovların 150 nəfərinin aqibəti hələ də məlum deyildir. Bu, bəşəriyyətə qarşı ağır cinayət və soyqırımıdır. Ermənilər 1905-ci, 1918-ci və 1992-ci illərdə türk soyuna qarşı qətliamlar törətmişlər. Təəssüf ki, bu cür ağır cinayəti törətmiş Ermənistana qarşı beynəlxalq miqyasda heç bir sanksiya tətbiq olunmamışdır. Buna nail olmaq üçün Türkiyə ictimaiyyəti "Xocalıya ədalət" kampaniyasına dəstəyini gücləndirməlidir.
"Xocalıya ədalət" kampaniyasının Türkiyədəki nümayəndəsi Gözdə Kılıç bildirmişdir ki, dinc əhaliyə qarşı vəhşi qətliamda iştirak etmiş Robert Koçaryan, Serj Sarkisyan və digərləri Ermənistana rəhbərlik edirlər. Kampaniyanın məqsədi bu canilərin Haaqa tribunalı və beynəlxalq hüquq çərçivəsində cəzalandırılmasıdır. Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə başlanmış kampaniya Türkiyədəki tələbələrin Xocalı həqiqətlərini təbliğ etmək üçün daha mütəşəkkil fəaliyyət göstərməsinə şərait yaratmışdır. Biz, Xocalı soyqırımının qardaş Türkiyənin parlamentində tanınmasını istəyirik.
Mərasimdə çıxış edən Milli Məclisin deputatı Sabir Rüstəmxanlı, professorlar Cəmil Həsənli, Ümid Özdağ və jurnalist Seyfəddin Altaylı Xocalı soyqırımı və əsrlər boyu Azərbaycan və Türkiyə xalqlarının başına gətirilən müsibətlərdən söhbət açmışlar.
Sonda səfir Faiq Bağırov və Etimesqut bələdiyyəsinin sədri Ənvər Dəmirər Azərbaycan həqiqətlərinin, o cümlədən Xocalı faciəsinin Türkiyədə tanıdılmasında fəallıq göstərən "Xocalıya ədalət" kampaniyasının Türkiyədəki nümayəndəsi Gözdə Kılıç, professor Ümid Özdağ və jurnalist Seyfəddin Altaylıya plaketlər təqdim etdilər.

{nl}

Oqtay BAYRAMOV AzərTAc-ın xüsusi müxbiri
Ankara


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında