Moskvada "Xocalı soyqırımı: Qarabağ münaqişəsinin dəhşətli hadisəsi haqqında həqiqət" mövzusunda mətbuat konfransı keçirilmişdir

"Rosbalt" informasiya agentliyində "Xocalı soyqırımı: Qarabağ münaqişəsinin dəhşətli hadisəsi haqqında həqiqət" mövzusunda mətbuat konfransı keçirilmişdir.
Mətbuat konfransı erməni hərbi cinayətkarlarının Azərbaycanın Xocalı şəhərinin dinc sakinlərinin başına gətirdikləri amansız qətliamın 19-cu ildönümü ilə əlaqədar Rusiya ziyalılarının təşəbbüs qrupu tərəfindən təşkil edilmişdir. Qrupa Rusiya Azərbaycanlıları Federal Milli-Mədəni Muxtariyyətinin vitse-prezidenti, Rusiya Xalqlar Dostluğu Universitetinin professoru Mirəşrəf Fətiyev başçılıq edir. Əvvəlcə Xocalı faciəsinin tükürpərdici kadrları əks olunmuş sənədli film nümayiş etdirilmişdir.
Sonra Rusiya Prezidentinin Şimal-Qərb Federal Dairəsi üzrə səlahiyyətli nümayəndəsi aparatının Sankt-Peterburq üzrə baş federal inspektoru, DQMV-nin sabiq hərbi komendantı, general-mayor Aleksandr Voloxun videomüraciəti mətbuat konfransı iştirakçılarına təqdim edilmişdir. Onun sözlərinə görə, dünya birliyi bu soyqırıma saymazyana münasibət göstərmiş, hətta müəyyən mənada həyasızcasına yanaşmışdır. Halbuki bu faciə problemin obyektiv qiymətləndirilməsi baxımından mənəvi dönüş olmalıydı. A.Voloxov hesab edir ki, bu, müstəqillik uğrunda mübarizə deyil, ərazilərin mənimsənilməsidir. Günahsız insanları məhv etmək ixtiyarı heç kimə verilməmişdir və bu faciəni törədənlər hərbi cinayətkarlar adlandırılmalıdır.
Faciə barədə obyektiv informasiyanın çatdırılması üzrə təşəbbüs qrupunun rəhbəri Mirəşrəf Fətiyev çıxışında bildirmişdir ki, sovet ordusu veteranlarından və hüquq müdafiəçilərindən ibarət qrup bu məsələ ilə yaxından məşğul olacaqdır. Onun sözlərinə görə, etnik təmizləmə aparan cinayətkarlar indiyədək heç bir cəza almamışdır. O demişdir: "Dünya birliyi bu hadisəyə mənəvi və hüquqi qiymət verməli, hərbi cinayətkarlar isə cəzalandırılmalıdır".
Rusiya Təbiət Elmləri Akademiyasının akademiki, "Qarabağ gündəliyi", "Qarabağın qanlı girdabı" kitablarının müəllifi Yuri Pompeyev, şair və yazıçı, "Ürəyin yaddaşı" şeirlər kitabının müəllifi Aleksandr Fomenkov, publisist, İsrail və Rusiyanın ictimai xadimi Aviqdor Eskin və Strateji Modelləşdirmənin İnkişafı Mərkəzinin vitse-prezidenti Qriqori Trofimçuk çıxışlarında xalqımızın ağrı-acısını bölüşərək, Azərbaycanın ədalətli mövqeyini dəstəkləmişlər.
Bildirilmişdir ki, Xocalı presedenti terrorun köməyi ilə hakimiyyəti ələ keçirmək yolunu nümayiş etdirir. Terrorçu və siyasi cinayətkar kimi Ermənistanın indiki müdafiə naziri Seyran Oqanyan və terrorçu Monte Melkonyan nümunə gətirilmişdir. Qeyd edilmişdir ki, faciənin faktiki materialları konkret nəticələrə gətirib çıxarmalıdır. Lakin obyektiv informasiyanı dünya ictimaiyyətinə çatdırmaq istiqamətində bütün cəhdlər Ermənistanın millətçi dairələrinin şiddətli, qeyri-adekvat və aqressiv reaksiyası ilə qarşılaşır.

{nl}

Asya HACIZADƏ AzərTAc-ın xüsusi müxbiri
Moskva


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında