Novruz yarmarkaları davam edir

Cəlilabad Rayon İcra Hakimiyyəti başçısı aparatının təşkilatçılığı ilə hər şənbə -bazar olduğu kimi keçirilən kənd təsərrüfatı və ərzaq məhsullarının satış yarmarkası bu həftə də davam edir. Ənənəvi olaraq hər həftə iki gün davam edən yarmakanın keçirilməsinin əsas məqsədi hər bir ailənin büdcəsinə uyğun bazarlıq etməsi, Novruz bayramı ərəfəsində süni qiymət artımının qarşısının alınması və kəndlinin meyvə- tərəvəz ,süd məhsullarını, mal-qoyun ətini, bal və digər təsərrüfat məhsullarını bazara birbaşa özünün çıxarmasıdır.

      Rayon icra hakimiyyətinin başçısı Namiq Zeynalov satış yarmarkasının gedişatı ilə tanış olduqdan sonra, yarmarkanın fəaliyyətinin daha da genişləndirilməsi, satıcılara hər cür şəraitin yaradılması, yarmarkada süni qiymət artımına yol verilməməsi barədə tapşırıq və tövsiyələrini vermişdir.

      Bu həftə də 15-ə yaxın yerli istehsal müəssisəsi və şirkət tərəfindən alıcılara bazar qiymətindən 20-30 faiz aşağı ərzaq məhsulları– quş əti, müxtəlif çeşiddə un növləri, şirniyyat, yağ, şəkər tozu, qənd, yerli istehsalçılar və kəndlilər tərəfindən mal əti ,qoyun əti, kartof, soğan, meyvə -tərəvəz məhsulları, diri cücə, yumurta, qoz ,fındıq, bal və.s satışa çıxarılmışdır.

      Alıcılar yarmarkanın təşkilindən ,həm də qiymətlərin sərfəli olmasından razılıqlarını, istehsalçılar və  fermerlər isə belə yarmarkalarda məhsullarını daha rahat satmaq üçün münbit şəraitin yarandığını bildirirlər.

       Qeyd edək ki, Novruz bayramı ərəfəsində satış yarmarkaları mütəmadi olaraq hər həftənin şənbə -bazar günləri keçiriləcəkdir. İstehlakçılar yarmarkada müxtəlif ərzaq mallarını və kənd təsərrüfatı məhsullarını daha ucuz qiymətlərə əldə edə bilərlər.

Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”nin bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında