Düyərlidə bir bağça var…

Son iki-üç il ərzində Şəmkirdə  fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinin nəinki təkcə maddi-texniki bazası nəzərəçarpacaq dərəcədə yaxşılaşdırılıb, həm də rayon icra hakimiyyətinin təşəbbüsü ilə bağçalarda həyata keçirilən saysız-hesabsız tədbirlər onların gündəlik həyatını tamamilə dəyişdirib. «Gənc müəllimlər birliyi»nin, ardınca «Gənc həkimlər birliyi»nin, indi isə «Gənc «tərbiyəçilər  birliyi»nin yaradılması rayonda fəaliyyət göstərən təhsil, səhiyyə ocaqlarının, eləcə də məktəbəqədər təhsil müəssisələrinin fəaliyyətini xeyli yaxşılaşdırmışdır. Bu müəssisələrdə ən müxtəlif tədbirlər həyata keçirilir, açıq dərslər təşkil olunur, pulsuz müayinələr aparılır, məsləhətlər verilir. Müxtəlif layihələrin təqdimatı, onlardan maksimum yararlanmaq yalnız işin xeyrinə olur. Digər tərəfdən rayon icra hakimiyyəti rəhbərliyinin, idarə, müəssisə və təşkilat nümayəndələrinin tez-tez həmin kollektivlərə baş çəkməsi, problemləri ilə maraqlanması, konkret köməklik göstərməsi bağçaların gündəlik həyatını məzmunlu və faydalı edib.

Düyərli kənd bağçasında təşkil olunan «Bağçanın təqdimatı» layihəsi növbəti belə tədbirlərdən idi. Rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun və rayonun digər məsul şəxslərinin tədbirə qatılması bağça kollektivini həm sevindirmiş, həm də məsuliyyətini artırmışdı. Lakin çox keçməmiş layihəni həyata keçirənlərin həyacanı arxada qalmışdır. Bir-birinin ardınca təqdim olunan müxtəlif çıxışların hərarətlə qarşılanması onların qısa vaxt ərzində nə qədər irəli getdiklərini bir daha sübut etmişdir. Hamı bildi ki, Düyərlidə bir bağça var və bu bağça heç də böyük şəhərlərin sayılıb-seçilən bağçalarından geri qalmır.

        

                   Hamlet Qasımov,
“Xalq qəzeti”nin bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında