Səlim Müslümov Siyəzəndə 5 rayonun sakinləri ilə görüşüb

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun keçirdiyi görüşdə Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarının sakinləri iştirak ediblər.

Vətəndaşlar məşğulluğun təmin edilməsi, kiçik ailə təsərrüfatının yaradılması üçün özünüməşğulluq proqramı çərçivəsində aktivlərlə təmin edilmə, peşə hazırlığı kurslarına cəlb olunma, tibbi-sosial reabilitasiya, imtiyazlı şəxslərin mənzillə təminatı, əmək hüquqlarının müdafiəsi, sosial xidmətlərin göstərilməsi, bu və ya digər sosial təminat növünə hüququn müəyyən edilməsi və s. məsələlərlə bağlı müraciət ediblər.

Müraciətlər nazirliyin müvafiq struktur bölmələrinin məsul şəxslərinin iştirakı ilə cavablandırılıb, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görülüb. Ayrı-ayrı şəxslərin müraciətlərinə əsasən reabilitasiya vasitələri və sosial xidmətlərlə təmin edilmələri barədə tapşırıqlar verilib.

Nazirliyin məşğulluq orqanları tərəfindən Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarında aktiv məşğulluq tədbirlərinin davam etdirildiyini bildirən S.Müslümov bu tədbirlərin davamı kimi, ötən il bu rayonlarda məşğulluq orqanlarının xətti ilə əlavə olaraq 2154 nəfər işsiz və işaxtaran şəxsin münasib iş yerləri ilə təmin olunduğunu, 85 nəfər üçün peşə hazırlığı kurslarının təşkil edildiyini qeyd edib. Həmçinin,Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzillə təminatı proqramı çərçivəsində son iki ildə Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarında, ümumilikdə 30 ədəd fərdi yaşayış evinin bu təbəqələrdən olan insanların istifadəsinə verildiyini diqqətə çatdırıb.

 

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında