Xocalı faciəsinin 19-cu ildönümünə həsr olunmuş "Yaddaşın yolları" adlı tədbir-sərgi keçirilmişdir

Dünən Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında Xocalı faciəsinin 19-cu ildönümü ilə əlaqədar olaraq "Yaddaşın yolları" adlı tədbir-sərgi təşkil olunmuşdur.
Sərgidə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının, Mədəniyyət və İncəsənət Universitetinin, Qərb Universitetinin tələbələrinin 40-dan çox rəsm, heykəltaraşlıq və qrafika əsərləri nümayiş olunur.
Həmin tədbirdə Bakı Humanitar Kollecinin şagirdləri Xocalı soyqırımına həsr olunmuş bədii-ədəbi kompozisiya ilə çıxış etmişlər.
Tədbirdə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin, Rəssamlar İttifaqının nümayəndələri, Azərbaycan İstiqlal Muzeyinin direktoru F.Şəmsi, Qərb Universitetinin rektoru Z.Məmmədova, rəssam R.İsmayılov, Milli Qəhrəman F.Rüstəmovun bacısı F.Rüstəmova, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının təsviri sənət fakültəsinin dekanı S.Suleymanova, Xocalı faciəsinin şahidləri, Qərb Universitetinin, Mədəniyyət və İncəsənət Universitetinin, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının müəllim və tələbə heyəti, Bakı Humanitar Kollecinin şagirdləri, Prezident Qvardiyasının əsgərləri, Daxili Qoşunların və Sərhəd Qoşunlarının müdavimləri və digər qonaqlar iştirak etmişlər.{nl}

M.MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında