Lənkəranın Şağlaser kəndində sakinlərlə görüş

“Cənub mirvarisi” Lənkəranın ayrı-ayrı yaşayış məntəqələrində əhali ilə səyyar qəbul-görüşlərin keçirilməsi ənənəvi hal almışdır. Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun Şağlaser kəndinin sakinləri ilə görüşü də bu sıradan növbəti tədbirdir.

İcra hakimiyyəti rəsmilərinin, rayonun hüquq-mühafizə orqanlarının, idarə və təşkilatların rəhbərlərinin iştirak etdikləri tədbiri giriş sözü ilə açan Şağlaser ərazi vahidliyi üzrə nümayəndə Samid Ağayev son dövrlər ərazidə sosial-iqtisadi inkişafla bağlı görülən işlərdən danışıb. Sakinlərdən Məmi Nəsirov, Zabil Hacıyev, Qüdrət Şahbazov, Oruc Həbibov və digərləri çıxış edərək göstərilən diqqətə görə icra başçısına   razılıqlarını bildiriblər. Vurğulanıb ki, bu kəndlərdə yaşayan əhalinin əsas məşğuliyyəti heyvandarlıq, tərəvəzçilik, sitrusçuluqdur. Əvvəllər Lənkəran-Boradigah şose yolu bərbad vəziyyətdə olduğundan sakinlər fərdi təsərrüfatlarında istehsal etdikləri məhsulu bazarlara çıxarmaqda, eyni zamanda gündəlik tələbat mallarını almaqda problemlərlə üzləşir,  əziyyət çəkirdilər. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin səmərəli fəaliyyəti nəticəsində ölkədə sosial məsələlər həllini tapdıqca insanların rifah halı gündən-günə yaxşılaşır. Lənkəran-Boradigah şosesi də əsaslı şəkildə yenidən tikilərək əhalinin istifadəsinə verilib. Qeyd olunub ki, ərazi vahidliyinin Şağlaser, Xarxatan və Cil kəndlərində yeni tipli orta məktəb binaları inşa olunub. Sakinlər həmçinin Cil kəndində həkim ambullatoriyasına ehtiyac duyulduğunu da diqqətə çatdırıblar.

İcra hakimiyyətinin başçısı Taleh Qaraşov Görüşdə çıxış edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan geniş abadlıq və quruculuq işləri, həyata keçirilən beynəlxalq və respublika əhəmiyyətli layihələr barədə ətraflı məlumat verib. Qeyd edib ki, həyata keçirilən mühüm tədbirlərlə ölkənin iqtisadi inkişafı gücləndikcə yol infrastrukturu ilə yanaşı, yeni məktəblərin, xəstəxana və idman obyektlərinin tikintisi, içməli su, qazlaşdırma, elektrik enerjisi ilə təminatla bağlı layihələr də uğurla icra olunur. O eyni zamanda dövlət başçısının tapşırığına uyğun olaraq kənd təsərrüfatının Lənkəran üçün əlverişli olan sitrusçuluq, çayçılıq və çəltikçilik sahələrinin inkişafında böyük irəliləyişlərin olduğunu bildirib. Gələcəkdə də bu istiqamətdə fəaliyyətin genişləndiriləcəyini, ölkədə ərzaq bolluğu yaradılmasına, əhalinin məşğulluğunun təmin edilməsinə, sosial rifahının yaxşılaşdırılmasına hər cür köməklik olunacağını vurğulayıb.   

Görüşün sonunda T.Qaraşov sakinlər tərəfindən qaldırılan məsələlərlə bağlı müvafiq qurumların rəhbərlərinə tapşırıqlar verib.

 

Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında