Fuad Nazim oğlu İsmayılov

Azərbaycan Respublikasının diplomatik xidmətinə ağır itki üz vermişdir.
Ölkəmizin Avstriya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri, BMT-nin Vyanadakı bölməsində, ATƏT, BMSİT, AEBA və NSTQOMT yanında Azərbaycan Respublikasının daimi nümayəndəsi, eyni zamanda, Sloveniya və Slovakiya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Fuad Nazim oğlu İsmayılov ömrünün 43-cü ilində vəfat etmişdir.
Fuad İsmayılov 1968-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. O, Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin məzunudur.
"Assa-İradə" Azərbaycan Müstəqil İnformasiya Agentliyində əmək fəaliyyətinə başlamışdır.
1992-1995-ci illərdə Azərbaycan Respublikası Prezidenti İcra Aparatının xarici əlaqələr şöbəsində, 1998-2005-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində müxtəlif vəzifələrdə çalışmışdır.
2005-ci il martın 7-də Azərbaycan Respublikasının Avstriya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilmişdir.
Səmərəli fəaliyyətinə görə 2009-cu ildə "Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 90 illiyi (1919-2009)" yubiley medalı ilə təltif olunmuşdur.
Azərbaycan Respublikası ilə Avstriya Respublikası arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsində F.İsmayılovun böyük rolu olmuşdur.
Allah rəhmət eləsin!

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin kollektivi


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında