Kürdəmir şəhər sakinləri ilə səyyar görüş keçirilib

Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərovun Kürdəmir şəhərinin sakinləri ilə növbəti səyyar qəbul-görüşü keçirdi.

 

Görüşdə rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri iştirak edirdilər.

Səyyar qəbulda iştirak edən şəhər sakinləri-ziyalı Akif Hacıyev,  ağsaqqal  Rafiq

Verdiyev, təqaüdçü Əliqulu Cəfərov və digərləri çıxış edərək ərazi vahidliyində  görülmüş  işlər  və  həyata  keçirilən tədbirlər barədə danışdılar. Şəhər sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbəri cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirdilər.

Qəbulda şəhər  sakinlərinin  təbii qaz, enerji və su təchizatı, sosial  müdafiə, yol, təhsil,  mədəniyyət, səhiyyə, məşğulluq və digər məsələlər ilə əlaqədar  təklifləri və şikayətləri diqqətə çatdırıldı, onların hər biri  barədə aidiyyatı  təşkilatların  rəhbərinə  tapşırıqlar verildi, qaldırılmış   məsələlərin çoxu elə qəbul zamanı öz həllini tapdı.

Daha sonra ayrı-ayrı sakinlər şəxsi xahişləri ilə müraciət etdilər.

Görüşü yekunlaşdıran rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov kürdəmirlilərin  həmişə Ulu Öndərimizin ideyalarına sadiq olduqlarını, ölkə rəhbəri cənab İlham Əliyevi daim dəstəklədiklərini bildirdi. İcra  başçısı  rayonda , eləcə də şəhər ərazisində aparılan  tikinti,  abadlıq  və quruculuq  işlərindən danışaraq göstərilən  bu  diqqət  və  qayğıya   görə  ölkə   rəhbərinə kürdəmirlilər  adından öz minnətdarlığını bildirdi.

Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov görüşdə qaldırılan təkliflərin tezliklə həyata keçiriləcəyini əminliklə qeyd edərək, cari məsələlərin həlli üçün müvafiq strukturların rəhbərlərinə konkret tapşırıqlarını verdi.

 

İlqar HƏSƏNOV,
“Xalq qəzeti”nin bölgə müxbiri

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında