Elektron xidmətlərə müraciətlərinn sayı artıb

 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) bildiriblər ki, “Elektron Hökumət”ə təqdim edilən elektron xidmətlərə fevral ayında 750 607 dəfə müraciət olunub. Ötən dövrdə əmək və sosial müdafiə sahələri üzrə e-xidmətlərə 24 milyon 575 min müraciətin qeydə alınması bu xidmət növünə cəmiyyətdə olan sosial tələbi təsdiq edir. 

Son illərdə əmək və sosial müdafiə, tibbi-sosial ekspertiza və reabilitasiya, sosial sığorta sahələrində müasir texnologiyaların geniş tətbiqi dövlət idarəçiliyinin təkmilləşdirilməsinə və optimallığının artırılmasına səbəb olub. Bu sahələrdə əhaliyə təqdim olunan 30-a yaxın e-xidmət ölkədə “Elektron Hökumət”in əhatə dairəsinin artırılması müqabilində dövlət xidmətlərinin müasir əsaslar və şəffaflıq prinsipləri üzərində qurulmasına şərait yaradıb. Geniş əhali kontingenti ilə sıx təmas şəraitinin mövcud olduğu xidmət sahələrinin tam elektronlaşdırılması həmin sahələrin şəffaflaşdırılmasına, əhalinin müvafiq dövlət xidmətlərindən online rejimdə çevik istifadə etməsinə imkan verib.

Təqdim olunan e-xidmətlərin böyük əksəriyyəti ən çox istifadə olunan e-xidmətlər sırasındadırlar. Bir sıra e-xidmətlərə isə müraciətlərin sayında artım dinamikası davam edib.  

 

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında