Türkiyənin Sparta şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsinə abidə ucaldılacaqdır

Türkiyədə Sparta bələdiyyəsinin dəstəyi ilə Xocalı soyqırımının 19-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilmişdir.
Tədbirdə Sparta bələdiyyəsinin başçısı Yusif Ziya Günaydın, Türkiyənin bir çox ictimai-siyasi xadimləri, QHT-lərin rəhbərləri və nümayəndələri, Azərbaycan Milli Məclisinin deputatları Qənirə Paşayeva, Elman Məmmədov, Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı, Azərbaycan-Türkiyə dostluq təşkilatının həmsədrləri Kadir Yıldız, Raşxan Qaraşlı və başqaları iştirak etmişlər.
Q.Paşayeva Ermənistanın işğal altında olan Azərnbaycan torpaqlarında törətdiyi vandalizm aktlarından, azərbaycanlılara məxsus tarixi-mədəni, dini abidələri və qəbirıstanlıqları dağıtmalarından, Xocalı faciəsi də daxil olmaqla dinc azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı barədə tədbir iştirakçılarına ətraflı məlumat vermişdir. Deputat Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində bir milyondan artıq azərbaycanlının öz doğma yurdlarından qovularaq qaçqın və məcburi köçkünə çevrildiyini vurğulamışdır.
Bildirilmişdir ki, ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımın bütün dünyaya çatdırılması və tanıdılması istiqamətində türk dünyası birgə çalışmalı və səylərini daha da artırmalıdır. Xocalı soyqırımı Azərbaycan türklərinə qarşı törədilmiş bir soyqırımı olaraq bütün türk dünyasının problemidir. Bu soyqırımı törədənlər cəzalandırılmalıdır.
Q.Paşayeva Sparta bələdiyyəsinin başçısı Y.Z.Günaydına yaxın aylarda Spartanın mərkəzində Xocalı soyqırımı qurbanlarının xatirəsinə abidənin ucaldılması ilə bağlı verdiyi qərara görə təşəkkürünü bildirmişdir.
Milli Məclisin deputatı, Xocalı soyqırımının şahidi Elman Məmmədov, Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı ermənilərin Xocalıda törətdikləri vəhşiliklərdən, əsir və girov götürülən xocalılılara dəhşətli işgəncələrin verilməsindən danışmışlar.
Azərbaycan-Türkiyə dostluq təşkilatının həmsədrləri Kadir Yıldız və Raşxan Qaraşlı da Xocalı soyqırımının dünyaya çatdırılması və tanıdılması istiqamətində bütün türk dünyasının gəncliyini səylərini artırmağa çağırmışlar.
Sparta bələdiyyəsinin sədri vurğulamışdır ki, Xocalı soyqırımı təkcə Azərbaycan xalqının deyil, Türkiyənin də faciəsidir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında