Beynəlxalq Mətbuat İnstitutunun direktoru İctimai Teleradioda olmuşdur

Bakıda səfərdə olan Beynəlxalq Mətbuat İnstitutunun direktoru Alison Betel Mckenzi fevralın 23-də İctimai Televiziya və Radio Yayımları Şirkətində olmuşdur.
İctimai Teleradionun baş direktoru İsmayıl Ömərovla görüşən qonaqlara televiziyanın fəaliyyəti, texniki imkanları və beynəlxalq əlaqələri haqqında məlumat vermişdir. Avropa Yayımları Birliyi və Asiya Yayımları Birliyinin Azərbaycandan yeganə üzvü olan İctimai Teleradionun geniş beynəlxalq əlaqələrinin olduğu, bir sıra önəmli tədbirlərin, layihələrin həyata keçirildiyi bildirilmişdir.
İsmayıl Ömərov İctimai Teleradionun Avropa Yayımları Birliyinin gənc üzvü olmasına baxmayaraq 2010-cu ilin iyul ayında qurumun Baş Assambleyasının 64-cü sessiyasına uğurla ev sahibliyi etdiyini qonaqların diqqətinə çatdırmışdır. Baş direktor bildirmişdir ki, İctimai Teleradio beynəlxalq media qurumları ilə əlaqələrin daha da genişlənməsinə xüsusi diqqət yetirir. Bu baxımından görüşdə Beynəlxalq Mətbuat İnstitutu ilə əməkdaşlıq imkanları da müzakirə olunmuşdur.
Daha sonra qonaq şirkətin studiyalarını gəzib, əməkdaşlarla görüşüb və verilişlərin hazırlanması prosesi ilə maraqlanmışdır. Xanım Alison Betel McKenzi İctimai Televiziya və Radioda mövcud şəraitdən razı qaldığını demişdir. Azərbaycanda media nümayəndələrinin çox fəal olduğunu bildirən qonaq İctimai Teleradio ilə Beynəlxalq Mətbuat İnstututu arasında uzunmüddətli əməkdaşlığın qurulması istiqamətində çalışacağını da vurğulamışdır.

{nl}

"Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında