Ağstafa: növbə Qarahəsənliyə çatdı...

Rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev yeni il başlanandan demək olar ki, öz iş kabinetində olmayıb.O, gününün əksər hissəsini kənd və qəsəbələrdə keçirir, yaşayış yerlərinə gedir, sakinlərlə görüşür, onların yaşayış şəraiti ilə yaxından tanış olur, Həm də bu görüşlərdə rayonun müvafiq strukturlarının rəhbərləri də iştirak edir. Elə buna görə bir çox məsələlər yerindəcə həll olunur.  

Bu dəfə növbə Qarahəsənli kəndinə çatdı. Rayon rəhbəri görüşə toplaşanları yaxınlaşmaqda olan Novruz bayramı münasibətilə təbrik etdi və dedi ki, sakinlərin böyük maraqla gözlədikləri 10 kilometrlik Kolayır-Düzqışlaq- Mollacəfərli-Xılxına-Qarahəsənli avtomobil yolunda son tamamlama işləri görülür. Eyni zamanda son dövrdə 850 metr kəndarası yollar təmir olunaraq xırlanıb, suvarma arxlarının 1500 metr hissəsi lildən təmizlənib, 8 ədəd elektrik dayağı yenilənib, 2 ədəd subartezian quyusu təmir olunaraq sakinlərin istifadəsinə verilib, Körpələr evi-uşaq bağçasının və kənd ümumi orta məktəbinin binaları cari təmir olunub.     

İcra hakimiyyətinin başçısı sakinləri fərdi qaydada diqqətlə dinləmiş, onların təkliflərini qəbul etmişdir. Məsələlərin operativ qaydada həll olunması üçün müəssisə və təşkilat rəhbərlərinə konkret tapşırıqlar verilmişdir

 

Hamlet Qasımov,
“Xalq qəzeti”nin bölgə müxbiri

 

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında