Bu gün tələbə - sabah jurnalist

Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində ölkənin aparıcı media redaksiyalarının rəhbərləri ilə təşkil etdiyi görüşdə müasir dövrdə jurnalist kadrlar hazırlığı və gənc jurnalistlərin KİV-lərdə işlə təmin olunması məsələləri diqqət mərkəzində oldu.
BDU jurnalistika fakültəsinin dekanı Yalçın Əlizadə 90 ildən artıq müddətdə Azərbaycanda professional jurnalist hazırlığı mərkəzi olmuş bu fakültənin keçdiyi yol, hazırkı durumu, son illərdə həyata keçirilmiş yeniliklər barədə məlumat verdi.
KİVDF-in icraçı direktoru Vüqar Səfərli fondun yaradılıması və qısa müddətdə həyata keçirdiyi layihələrdən danışdı. O bildirdi ki, jurnalistikamızın ciddi problemlərinin həllinə dövlət dəstəyini təşkil edən fondun bugünkü görüşü keçirməkdə məqsədi media qurumlarının tələbələrinə cavab verən jurunalist kadrlar hazırlığı ilə bağlı məsələləri gündəmə gətirmək, ali məktəbləri bitirən jurnalist məzunların redaksiyalarda işə düzəlməsinə yardımçı olmaqdır. Bu məqsədlə həyata keçiriləcək layihənin hədəfi də media rəhbərlərini tələbə jurnalistlərlə yaxınlaşdırmaq, baş redaktorların bacarıqlı məzunları seçib işə götürməsini asanlaşdırmaqdır.
Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov yeni layihənin əhəmiyyətini vurğulayaraq bildirdi ki, redaksiyalar jurnalistika fakültələrinin məzunları arasından istədikləri kadrı tapmaqda adətən çətinlik çəkirlər. Bu səbəbdən bir çox gənc jurnalist işsiz qalır, peşəsindən uzaq düşür. Buna görə də yuxarı kurs tələbələrinin arzu etdikləri redaksiyalarda təcrübə keçməsinin yeni qaydası hər iki tərəf üçün faydalı olacaq.
Müzakirələrdə çıxış edən fakültə müəllimləri, redaksiya rəhbərləri, tələbələr hazırlanan layihə ilə bağlı təklif və mülahizələrini bildirdilər. Qarşıdakı illərdə universitetlərin jurnalistika fakültə və şöbələrinə tələbələrin qabiliyyət imtahanından keçməklə qəbul olunması tədbirdə günün zəruri tələbi kimi səsləndi. Fondun tələbə jurnalistlər üçün də yaradıcılıq müsabiqəsi təşkil etməsi təklif olundu.
Media rəhbərləri görüşdə tələbələrin bir sıra suallarını cavablandırdılar, onların toxunduqları məsələlərə münasibətlərini bildirdilər.
Sonda Yalçın Əlizadə KİVDF-in ölkədə jurnalist kadrların hazırlığına və məzunların işə düzəlməsinə göstərdiyi həssaslığa görə razılılığını bildirdi, yeni layihəni dəstəklədiklərinə görə redaksiya rəhbərlərinə təşəkkür etdi.

{nl}

R.TAHİR, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında