Cəbrayıl: Baramaçılığın inkişafi istiqamətində işlər aparılır

Regionların  mövcud iqtisadi potensialından daha səmərəli istifadə edilməsi, ixracyönümlü məhsulların istehsalı ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin verdiyi tapşırıqların icrasını təmin etmək məqsədi ilə Cəbrayıl rayonundan olan məcburi köçkünlərin  məskunlaşdıqları qəsəbələrdə kənd təsərrüfatının müxtəlif sahələrinin inkişaf etdirilməsi üçün mütəmadi işlər həyata keçirilir.

Kənd təsərrüfatının ənənəvi sahələrindən biri olan baramaçılığın inkişaf etdirilməsi, ipəkqurdu üçün yem bazasının yaradılması məqəsədi ilə ötən ilin dekabr ayında məcburi köçkünlərimizin məskunlaşdığı qəsəbələr ərazisində 10 hektar torpaq sahəsi ayrılmış və Kənd Təsərrüfatı Nazirliyinin xətti ilə Çin Xalq Respublikasından ölkəmizə gətirilmiş 14 min ədəd tut tingi bölgü əsasında həmin  sahələrdə əkilmişdir.

Qəsəbələrdə məskunlaşmış əhalimizin iqtisadi vəziyyətinin yaxşılaşdırılması və məşğulluğunun təmin olunması üçün işlər bu  ildə davam etdirilir.

Cari ildə qəsəbələr ərazisində tut tinglərinin əkin sahəsinin genişləndirilməsi məqsədi ilə ərazidə əkinə yararlı torpaq sahələri ayrılmış və həmin sahələrdə yeni tut tinglərinin əkilməsi nəzərdə tutulmuşdur.

Hazırda 15 mindən çox tut tingi əkilmiş, tinglər suvarılmış və onlara aqrotexniki qaydada qulluq göstərilir. Ting əkinində fəal iştirak edən cəbrayıllı məcburi köçkünlər kənd təsərrüfatının gəlirli sahələrindən olan baramaçılığın inkişaf etdirilməsi ilə əhalinin rifahının daha da yaxşılaşacağına, əlavə iş yerlərinin yaranacağına əminliklərini bildirirlər.

 

Səməd HÜSEYNOĞLU,
“Xalq qəzeti”nin bölgə müxbiri

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında