Zərərli qulaqlıqlardan uzaq olun

Hazırda satışda kifayət qədər ucuz və keyfiyyətsiz telefon qulaqlıqları var. Mütəxəssislər belə qulaqlıqların zərərləri ilə bağlı son vaxtlar ciddi açıqlamalar verirlər.

Bu günlərdə ölkə mediasında yayılan həkim xəbərdarlığında bildirilir ki, qiyməti 70 qəpiklə 1 manat arasında dəyişən belə qulaqlıqlara bir çox yerlərdə, xüsusi ilə də metro çıxışlarında rast gəlmək olar. Elə qiymətinin ucuzluğu onun aşağı keyfiyyətinə, daha doğrusu keyfiyyətsizliyinə dəlalət edir. Həkimlər həyəcan təbili çalırlar. Çünki yol kənarında, açıq yerlərdə  satışda olan bu cihazlar insan səhhətində müxtəlif fəsadlar törədə, hətta ölümə də səbəb ola bilər.

Həkimlər bildirirlər ki, qulaqlıqlar yumuşaq materialdan olmalıdır .Sərt materialdan hazırlanan ucuz qiymətə olan bu cihazlar qulaqda sağalmaz zədələrə də səbəb olur. Alıcılar, xüsüsən belə eşitmə avadanlığına aludə olan gənclər isə bu qulaqcıqların zərərli olduğunu bildiklərini, amma ucuz olduğu üçün aldıqlarını deyirlər.

 

R.TAHİR,
“Xalq qəzeti”

 

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında