Region sahibkarlarına 220 min manat kredit verildi

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondundan verilən məlumata görə,  sahibkarların maarifləndirilməsi, sahibkarlığa maliyyə dəstəyi göstərilməsi məqsədi ilə növbəti işgüzar forum İsmayıllı rayonunun Qalınçaq kəndində keçirilib.

Forum çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə İsmayıllı və ətraf rayonlarda fəaliyyət göstərən sahibkarlıq subyektlərinə 220 min manat güzəştli kredit verilib. Bu vəsait heyvandarlıq, taxılçılıq, bağçılıq və s. sahələrin inkişafına yönəldiləcək.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktorunun müavini Arif Vəliməmmədov bildirib ki, 2018-ci ilin ötən dövrü ərzində sahibkarlıq subyektlərinin ümumi dəyəri 152,5 milyon manat olan investisiya layihəsinin maliyyələşdirilməsinə 19,2 milyon manat güzəştli kredit verilib. İsmayıllı rayonunda isə 500-dək investisiya layihəsinin maliyyələşdirilməsinə 22,8 milyon manat güzəştli kredit ayrılıb.

Xatırladaq ki, hazırda İsmayıllı rayonunda beynəlxalq tələblərə uyğun 114 otaqlı müalicə-sağlamlıq kompleksi yaradılır. Turizmin inkişafı ilə əlaqədar indiyədək ümumilikdə, 190-a yaxın sahibkara  41,4 milyon manat güzəştli kredit verilib. Bu layihələrin reallaşdırılması 4,5 minədək yeni iş yerinin açılmasına imkan yaradacaq.

 

R.TAHİR,
“Xalq qəzeti”

 

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında