Alimpaşa Məmmədov: torpağımızı, bizi, ailəmizi qoruyan insanlar başımızın tacıdır...

Bu görüş nə birinci idi, nə də axırıncı. Alimpaşa Məmmədov imkan tapan kimi onları axtarır, bir stol başına dəvət edir, əyləşirlər, söhbətləşirlər, dərdləşirlər, ötən günləri xatırlayırlar, bu günümüzdən, güzaranımızdan danışırlar. Bu dəfə də belə oldu. Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri İctimai Birliyinin rayon şöbəsinin sədri Müsahib Zeynalov, müharibə veteranları Fuad Bədəlov, Eldəniz Qarayev, Xanlar Əliyev və Xəqani Nəbiyev rayon rəhbəri ilə yenə səmimi söhbət etdilər.

 Rayon rəhbəri Heydər Əliyev irsinin öyrənilməsində, onun ideyalarının gənclərə aşılanmasında müharibə veteranlarının da böyük rolu olduğunu qeyd etdi və dedi ki, Qarabağ müharibəsi veteranları rayonda həyata keçirilən bütün ictimai-siyasi tədbirlərdə öndə gedir və yenə öndədirlər: «Bu gün Şəmkir gəncliyi vətənpərvərlik hisslərini sizdən öyrənir. Siz hər birimiz üçün əzizsiniz. Bizi, ailəmizi qoruyan insanlar başımızın tacıdır.»

Görüş zamanı Alimpaşa Məmmədov bildirdi ki, ölkəmizdə müharibə iştirakçılarının, əlillərinin sosial müdafiəsini gücləndirmək məqsədilə tədbirlər həyata keçirilir: «Bu gün bu siyasət yeni mərhələyə qədəm qoyub.Dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən biri müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həlli, hər cür qayğı ilə əhatə olunması təşkil edir».

İcra hakimiyyətinin başçısı əlavə etdi ki, bütün bunlar da son deyil. «Hazırda dövlət müharibə əlillərinin, şəhid ailələrinin, veteranların sosial müdafiəsini gücləndirmək məqsədilə ardıcıl tədbirlər görür və yaxın gələcəkdə daha bir neçə yeniliyin şahidi olacağıq».

Görüşdə çıxış edən Azərbaycan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri İctimai Birliyinin rayon şöbəsinin sədri Müsahib Zeynalov son illər ölkəmizdə və Şəmkirdə əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində həyata keçirilən mühüm tədbirlərdən danışdı.

Azərbaycan Bayrağı Ordenli Qarabağ müharibəsi veteranı Xəqani Nəbiyev dövlətin sözügedən kateqoriyadan olan insanların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi işlərdən danışıb razılığını bildirdi. O dedi ki,  ötən dövr ərzində minlərlə Qarabağ müharibəsi əlili və şəhid ailələri mənzillə təmin edilib.Eyni zamanda hərəkət-dayaq sistemi pozulmuş əlillərimizin reabilitasiyası, müalicəsi istiqamətində də mühüm işlər görülüb.

Görüş zamanı Qarabağ müharibəsi veteranları xalqımızın, o cümlədən Qarabağ savaşında iştirak etmiş döyüşçülərin qəlbində xoş və unudulmaz xatirələrlə iz salmış ümummilli liderimiz Heydər Əliyevin Qarabağ veteranlarına göstərdiyi xüsusi diqqət və qayğıdan danışdılar. Onlar bu gün həmin ənənənin davam etdiyini, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin veteranlara göstərdiyi qayğını daim hiss etdiklərini bildirərək, bundan sonra da dövlətimizə, millətimizə fayda verməyə çalışacaqlarını bildirdilər.

 

Hamlet Qasımov,
“Xalq qəzeti”nin bölgə müxbiri

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında