Ağstafa: Xılxına kəndində maraqlı görüş oldu…

Ölkə rəhbərliyinin müvafiq tapşırığına uyğun olaraq Ağstafa rayonunun yaşayış məntəqələrində rayon icra hakimiyyəti başçısının sakinlərlə səyyar görüşləri davam etdirilir. Rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev növbəti səyyar görüşünü Xılxına kəndində keçirdi. Tədbirdə rayon icra hakimiyyəti başçısı aparatının məsul işçiləri, rayonun hüquq-mühafizə, müvafiq idarə, müəssisə və təşkilatlarının rəhbərləri, eləcə də kənd ictimaiyyətinin nümayəndələri iştirak edirdi. Tədbiri giriş sözü ilə açan icra hakimiyyətinin başçısı ölkəmizdə hökm sürən sabitlik, əmin-amanlıq, sürətli sosial-iqtisadi inkişafdan danışdı. Həmçinin ölkə rəhbərliyinin müvafiq tapşırıqlarına əsasən rayonda görülən geniş abadlıq, quruculuq, əsaslı yenidənqurma işləri, həyata keçirilən irimiqyaslı sosial infrastruktur layihələri barədə söhbət açıldı. Qeyd olundu ki, bu istiqamətdə həyata keçirilən bütün işlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ağstafaya və ağstafalılara göstərdiyi yüksək diqqət və qayğının təzahürüdür. Elə hazırda yenidənqurma işlərinin son mərhələsində olan 10 kilometr uzunluğunda Kolayır-Düzqışlaq- Mollacəfərli-Xılxına-Qarahəsənli avtomobil yolu da bunun bariz nümunəsidir. Ağaverdi Əmrahov, Sabir Kərimov, Elçin Əmrahov və başqaları kənd ictimaiyyəti adından kəndin kommunal şəraitinin daim diqqətdə saxlanılmasına və görülən abadlıq-quruculuq işlərinə görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını bildirdilər.         

Səyyar görüşdə sakinləri narahat edən məsələlər öyrənildi. Rayon rəhbəri məsələlərin operativ qaydada həll olunması istiqamətində aidiyyatı üzrə konkret tapşırıqlarını verdi.

 

Hamlet Qasımov,
“Xalq qəzeti”nin bölgə müxbiri

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında