Yardımlının ucqar kəndində sakinlərlə ənənəvi görüş

Bilavasitə əhalinin yaşadığı ərazilərdə  səyyar qəbul-görüşlərin keçirilməsi dağlar diyarı Yardımlıda gözəl ənənə halını almışdır. RİH-nin başçısı Ayaz Əsgərovun növbəti belə görüşü rayonun  Arvana kənd inzibati ərazi dairəsində təşkil olunmuşdur.

Sakinlərlə görüşdə icra başçısı ilə bərabər polis şöbəsinin rəisi Arif Babayev, idarə müəsissə  və təşkilatların rəhbərləri də iştirak edirdilər. Əvvəlcə ərazi barədə qısa məlumat verildi.    

Görüşdə RİH-nin başçısı Ayaz Əsgərov  kənd əhalisini salamlayaraq bildirdi ki, məqsəd Prezident İlham Əliyevin tapşırığına əsasən əhali ilə bilavasitə yerlərdə görüşüb, problemlərini dinləmək və həllinə nail olmaqdır. Rayon rəhbəri  son illərdə ölkəmizin sosial-iqtisadi inkişafı naminə dövlət səviyyəsində həyata keçirilən tədbirlərin icmalını verdi, regionlara göstərilən diqqəti konkret faktlarla nəzərə çatdırdı.

İcra başçısı sonra Arvana kəndində sosial-iqtisadi inkişaf istiqamətində görülən işləri qeyd etdi,   mövcud problemlərin həllinə nail olmaq üçün nəzərdə tutulan tədbirləri sadaladı. Görüşdə çıxış edən kənd sakinləri ucqar dağlıq bölgəyə göstərilən diqqətə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər və öz qayğılarından bəhs etdilər.

Ayaz Əsgərov sakinləri əmin etdi ki, qaldırılan məsələlər nəzarətə götürüləcək və həlli yönündə əməli addımlar atılacaq.

 

Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”nin bölgə müxbiri

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında