İmişlidə kənd təsərrüfatı məhsullarının satış yarmarkası təşkil edilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən əhalinin ərzaq məhsulları ilə təminatının yaxşılaşdırılması, o cümlədən çeşidini genişləndirməklə seçmək və əlverişli qiymətə almaq imkanının yaradılması məqsədilə yerlərdə kənd təsərrüfatı məhsullarının satış yarmarkaları təşkil edilir.

Bu məqsədlə bu gün İmişli rayonunda yarmarkalar təşkil olunmuşdur. Yarmarkanın təşkil olunması ilə əlaqədar İmişli rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev yarmarka təşkil olunmuş yerlərdə olmuş, satılan məhsullarla baxış keçirmişdir.

Xatırladaq ki. İmişli rаyоnun ərаzisi 1890 kv.km, əhаlisi 117,2 min nəfərdir. Rаyоndа 1 şəhər, 1 qəsəbə, 47 kənd vаrdır. Rayon Kür-Аrаz оvаlığı, Mil düzünün şimalı və Muğаn düzündə yerləşməklə qərbdən İran dövləti ilə həmsərhəddir. Relyefi düzənlikdən ibarət olmaqla ərazinin səthi şimalı-şərqə və şərqə doğru meyillidir. Ərazisinin çox hissəsi okean səviyyəsindən aşağıdır. Yayı quraq keçən mülayim isti, yarımsəhra və quru çöl iqlimi var.

Orta temperatur yanvar ayında 1,60C, iyul ayında isə 26,10C-dir. İllik yağıntının miqdarı 300 mm-dir. Rayonun Şimal sərhəddi boyunca Kür çayı, mərkəzi hissəsindən Araz çayı axır. Rayonda boz-çəmən, qismən boz və çəmən boz torpaqları yayılmışdır, bitki örtüyü yarımsəhra tiplidir. Ərazidə neft-qaz və qum-çınqıl kimi təbii faydalı qazıntılar vardır. Bakı şəhərindən 220 km məsafədə yerləşir.

 

Səməd HÜSEYNOĞLU,
“Xalq qəzeti”nin bölgə müxbiri

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında