Əli bəy Hüseynzadənin anadan olmasının 154-cü ildönümü münasibətilə tədbir keçirilmişdir

2018-ci il fevral 24-də Azərbaycan ictimai fikrinin görkəmli nümayəndəsi, alim, yazıçı, publisist Əli bəy Hüseynzadənin anadan olmasının 154-cü ildönümü münasibətilə Salyan şəhər M.Ə.Rəsulzadə küçəsində yerləşən abidəsi önündə tədbir keçirilmişdir.

Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, millət vəkili Əliağa Hüseynov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilatların və ictimaiyyətin nümayəndələri Əli bəy Hüseynzadənin abidəsini ziyarət etmiş, önünə gül-çiçək dəstələri düzmüşlər.

Xatırladaq ki, Əli bəy Hüseynzadə  Azərbaycan-türk ictimai fikrinin ən görkəmli nümayəndələrindən biridir. Uzun müddət alim, həkim, rəssam, şair, tənqidçi, tərcüməçi, müəllim, jurnalist kimi fəaliyyət göstərmiş, bu sahələrin hər birində özünəməxsus iz qoymuşdur. 

XX əsr Azərbaycan mətbuatı və publisistikası sahəsində müstəsna xidmətləri vardır.

 

Səməd HÜSEYNOĞLU,
“Xalq qəzeti”nin bölgə müxbiri

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında