Müasir sığorta-pensiya sisteminə dair təqdimat keçirilib

Əmək və sosial müdafiə sahəsində ölkəmizdə aparılan islahatlar və bu sahədə yaradılmış müasir və şəffaf sistemlərlə tanış olmaq məqsədilə Azərbaycanda səfərdə olan Qazaxıstan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndə heyəti üçün sığorta-pensiya sisteminə dair təqdimat keçirilib.

Tədbirdə vurğulanıb ki, 2006-cı ilin əvvəlindən ölkədə beynəlxalq standartlara tam cavab verən, sosial sığorta, fərdi uçot və pensiya təminatı sahəsində funksiyaların bir-birini tamamladığı müasir sığorta-pensiya sistemi tətbiq olunur. Bu sistem ödənilən məcburi dövlət sosial sığorta haqqı ilə pensiya məbləği arasında birbaşa qarşılıqlı əlaqəni təmin etməklə, sosial sığorta sistemində iştirak vasitəsilə vətəndaşların bazar iqtisadiyyatı şəraitində sosial risklərdən səmərəli müdafiəsinə təminat verir, onların layiqli pensiya təminatı imkanlarına malik olmasına əsas yaradır.

Tədbirdə hazırda 1,3 milyon nəfər pensiyaçıya və ya əhalinin 13,3 faizinə ölkəmizdə reallaşdırılan çoxkomponentli sosial müdafiə sisteminin mərkəzi həlqəsi kimi pensiya ödənişlərinin aparıldığı qeyd olunaraq, pensiya məbləğlərində ildən-ilə artım dinamikasını şərtləndirən məqsədyönlü sosial müdafiə tədbirləri barədə ətraflı məlumat verilib. Pensiya sistemində 2017-ci ildə həyata keçirilmiş qabaqcıl dünya təcrübəsinə söykənən köklü islahatlardan, eyni zamanda avtomatlaşdırılmış pensiya təminatı mexanizmindən geniş bəhs olunub.

Azərbaycanın sığorta-pensiya sistemində aparılmış islahatların, səmərəli idarəetmə və şəffaf xidmət mexanizmlərinin beynəlxalq səviyyədə də qabaqcıl təcrübələr kimi dəyərləndirildiyi və təbliğ olunduğu diqqətə çatdırılıb.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında