Azərbaycan hotellərindən Novruz kampaniyası

Turizm şirkətlərinə güzəştli turpaketlər təklifi

{nl}

Bakıda fəaliyyət göstərən "Park İNN" və "Radisson Blu" hotelləri Novruz bayramı ərəfəsində qiymətlərində endirim edəcəklər. Hotel təmsilçiləri kampaniyanı Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Turizm Assosiasiyasının "Turizm ili" çərçivəsində gördüyü işlərə dəstək məqsədilə həyata keçirəcəklər.
Bayram kampaniyası çərçivəsində turizm şirkətləri üçün əhəmiyyətli güzəştlər olacaq. Təklif edilən turpaketin qiymətinə pulsuz səhər yeməyi, fitnes-klubdan istifadə və müxtəlif tip otaqlar üçün güzəştlər nəzərdə tutulur.
Hotellər tərəfindən təklif edilən bu güzəşt kampaniyası turizm şirkətlərinə Novruz bayramı ərəfəsində Azərbaycana gəlmək istəyən turistlərə daha çox çeşidli turpaket təqdim etməyə imkan verəcək.
Güzəştli bayram kampaniyası "Park İNN" hotelində martın 18-dən 25-dək, "Radisson Blu" hotelində isə martın 15-dən 30-dək həyata keçiriləcək.
Qeyd edək ki, Novruz bayramı ərəfəsində ölkəmizə gələn turistlərin sayı ildən-ilə artır. Mədəniyyət və Turizm Nazirliyindən verilən xəbərə görə, ötən il Novruz günlərində Azərbaycana təkcə İran İslam Respublikasından 150 min turist gəlib. Bu il ölkə rəhbərliyi tərəfindən Novruz bayramı münasibətilə daha geniş tədbirlərin keçirilməsi nəzərdə tutulur.

{nl}

M.MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında