Ucar rayonunda “Mədəni nitq” layihəsi həyata keçirilir

Ucar rayonunda Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə layihə rəhbəri Kazım Məmmədov olan “Mədəni nitq” layihəsi uğurla davam etməkdədir.

Ötən həftə ərzində layihənin növbəti təlimləri baş tutmuşdur. Layihənin əsas məqsədi gənclər arasında natiqlik bacarıqlarının inkişaf etdirilməsi, onlarda özünü ifadə, sərbəst qərar qəbul etmə, kütlə qarşısında çıxış vərdişlərini artırmaq, auditoriyaya uyğun təqdimat, intonasiya, mimika və jestlərin danışıqda istifadə qaydalarının təbliğidir.

Layihə rəhbəri Kazım Məmmədov layihənin keçirilməsi haqqında danışarkən qeyd edib ki, bu gün region yeniyetmələri dərslərində məsuliyyətlidirlər, lakin bununla belə bəzi hallarda əlavə kitab oxumağa, debat və diskusiyalara  vaxtlarını düzgün bölüşdürə bilmirlər. Bu da gələcəkdə onlarda çıxış zamanı həyəcana və fikrini ifadə etməkdə çətinliklərə yol açır. Bu layihəni həyata keçirməklə biz yeniyetmələrdə və gənclərdə asudə vaxtlarından səmərəli istifadə edərək, natiqlik keyfiyyətlərini artırmağa, özünə inam hisslərini aşılamağa və sərbəst şəkildə özünü təqdim və özünü ifadə bacarıqlarını inkişaf etdirməyə şərait yaratmışıq.

K.Məmmədov sonra bunları qeyd etmişdir: “Bu gün gənclərimiz təlimlərə gələrək həm peşəkar təlimçilərimizdən təlimlər alır, həm də asudə vaxtlarını səmərəli keçirirlər. Elə düşünürəm ki, bu layihə öz işini uğurla davam etdirəcəkdir. Çünki hazırda layihədə iştirak edən gənclərin sayı hər gün artmaqdadır”.

 

Səməd HÜSEYNOĞLU,
“Xalq qəzeti”nin bölgə müxbiri

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında