Saatlı rayonu Əbil və Cəfərxan kəndlərində səyyar qəbul-görüş

Saatlı Rayon İcra Hakimiyyəti başçısının rayonun Əbil və Cəfərxan kəndlərində növbəti səyyar qəbul-görüşü keçirilmişdir. Tədbirdə rayonun idarə, müəssisə və təşkilat rəhbərləri və kənd sakinləri iştirak etmişdir.

Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov çıxış edərək rayonun sosial-iqtisadi inkişafından, son illərdə kənd təsərrüfatının sürətli inkişafı nəticəsində əldə olunan uğurlardan, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlər  barədə kənd sakinlərinə məlumat verdi.

Görüş zamanı kənd sakinləri  kəndarası yollara çınqıl tökülməsi, Cəfərxan diyarşünaslıq evinin əsaslı təmiri, kənddə  tibb məntəqəsinin tikintisi, ərazidə istismara yararsız elektrik dayaq və naqillərinin dəyişdirilməsi, SIP kabel və SMART kart sisteminə keçilməsi və kəndin tamamilə telefonlaşdırılması ilə bağlı problemlər olduğunu və bu sahədə kənd sakinlərinə köməklik göstərilməsini xahiş etdilər. Qaldırılan məsələlərin icrası ilə əlaqədar yerində aidiyyatı təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlar verildi.

Kənd sakinləri onların problemlərinin həlli ilə bağlı yerlərdə keçirilən görüşlərdən razı qaldıqlarını qeyd edərək göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirdilər.

 

Səməd HÜSEYNOĞLU,
“Xalq qəzeti”nin bölgə müxbiri

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında