Azərbaycanın Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarına xəbərdarlıq etmişdir

Azərbaycanın Xarici İşlər Nazirliyi respublikanın vətəndaşlarına Yəməndə baş verən son hadisələrlə bağlı xəbərdarlıq etmişdir.
Nazirliyin rəsmi saytında yerləşdirilmiş xəbərdarlıqda fevraldan başlayaraq Yəmənin paytaxt Səna və Ədən şəhərlərində hökumət əleyhinə nümayişlərin və iğtişaşların başlandığı qeyd olunmuşdur.
Bildirilir ki, kütləvi iğtişaşlar nəticəsində çoxlu sayda insan həlak olmuş, yaralanmış və həbs edilmişdir.
Yəmənə səfər etmək istəyən Azərbaycan Respublikasının vətəndaşlarına yuxarıda qeyd edilənləri nəzərə almaları, ehtiyatlı olmaları, vacib olmadıqda səfərlərini təxirə salmaları məsləhət görülür. Xüsusilə Səna, Ədən, Saada, Dhamar, Marib Şabvah, Amran, Abyan və Cavf Qahirə, Asuan və Luksor şəhərlərinə səyahətlər zərurət olmadıqda təxirə salınmalıdır.
Xəbərdarlıqda deyilir: "Yəmən ərazisində beynəlxalq sürücülük vəsiqəsi ilə avtomobil idarə etmək mümkündür. Ölkə ərazisində sürücülük standartları aşağıdır, dağ yolları isə olduqca təhlükəlidir. Gecə vaxtı şəhərlərdən kənara avtomobil idarə etmək məsləhət görülmür. Əgər paytaxt Sənadan kənar ərazilərə avtomobillə səyahət etmək istəyirsinizsə, sizə Yəmən Turist Polisindən ilkin icazə lazımdır. Səyahət icazəsi 24 saat ərzində verilir. İcazəni səyahət agentliyindən asanlıqla əldə edə bilərsiniz. Belə icazə olmadan sizi həbs və ya deportasiya edə bilərlər".
Yəməndə daimi, müvəqqəti yaşayan Azərbaycan Respublikasının vətəndaşlarına ölkədə elan olunmuş mövcud qaydalara əməl etmələri və iğtişaşlara qarışmamaları, yaranmış hər hansı problemlə əlaqədar onlara yardım göstərilməsi üçün Azərbaycanın Səudiyyə Ərəbistanı Krallığındakı səfirliyinə və diplomatik nümayəndəliyinin Ciddədəki ofisinə müraciət etmələri tövsiyə olunur.
Azərbaycan Respublikasının xarici ölkələrdəki bütün səfirlik və konsulluqlarının ünvanları Xarici İşlər Nazirliyinin internet səhifəsində (www.mfa.gov.az) yerləşdirilmişdir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında