Azərbaycanın San-Marinodakı səfiri etimadnaməsini bu ölkənin regent kapitanlarına təqdim etmişdir

Azərbaycanın İtaliyada və eyni zamanda, San-Marinodakı səfiri Vaqif Sadıqov etimadnaməsini San-Marinonun regent kapitanları Covanni Françesko Uqolini və Andreya Zafferaniyə təqdim etmişdir.
Səfirlikdən bildirmişlər ki, mərasimdə V.Sadıqov Azərbaycan Prezidenti İlham Əliyevin səmimi salamlarını regent kapitanlarına çatdırmışdır. Diplomat Azərbaycan ilə San-Marino arasında bütün sahələr üzrə əməkdaşlığın genişləndirilməsi istiqamətində fəaliyyət göstərəcəyini bildirmişdir.
Regent kapitanları Azərbaycan xalqına dərin ehtiramlarını ifadə etmiş, əmin-amanlıq və firavanlıq arzulamışlar.
Mərasimdə San-Marinonun xarici işlər naziri xanım Antonella Mularoni, bu ölkənin İtaliyadakı səfiri Daniela Rotondaro, Parlamentin xarici əlaqələr komitəsinin sədri, XİN-in Siyasi Əlaqələr İdarəsinin rəisi, səfir xanım Federika Bici və Azərbaycanın İtaliyadakı səfirliyinin əməkdaşları Erkin Heydərli, İlqar Fərəcov iştirak etmişlər.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında