Bölgələrdə Novruz yarmarkaları start götürüb

Müxbirlərimiz bildirirlər ki, fevralın son günlərindən bölgələrdə Novruz yarmarkaları start götürüb. Məqsəd bayramqabağı süni qiymət artımının qarşısını almaqdır.

Bərdədə təşkil olunan yarmarkada 15 ton kartof, 2 ton meyvə, 2 tona yaxın ət və digər zəruri mallar satışa çıxarılıb.

Cəlilabadda kənd təsərrüfatı yarmarkasına 60 adda məhsul verilib. Alıcılara kartofun kisəsi 5 manat 50 qəpiyə, yumurta 17-18 qəpiyə, mal əti isə 8 manata təklif olunub.

Ağsu rayonunda da kənd təsərrüfatı məhsullarının satış yarmarkasına start verilib. İlk gün satışa 8,6 ton mal və qoyun əti, 500 kiloqram balıq, 2,5 min ədəd yumurta, 3 ton meyvə- tərəvəz, 1 ton qoz- fındıq olmaqla 20 adda kənd təsərrüfatı məhsulları çıxarılıb.

Yarmarkalarda məhsullar bazar qiymətlərindən 20-30 faiz aşağı qiymətə təklif olunub. Aprel ayına qədər hər şənbə və bazar günlərində belə yarmarkalar təşkil olunacaq.

 

R.Tahir,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında