Türkiyənin Yalova şəhərində "Dağlıq Qarabağın işğalı və Xocalı soyqırımı" mövzusunda konfrans keçirilmişdir

Azərbaycanın İstanbuldakı baş konsulluğunun və Yalova Əsassız Erməni İddiaları Dərnəyinin təşkilatçılığı ilə "Qarabağın işğalı və Xocalı soyqırımı" mövzusunda konfrans keçirilmişdir.
Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalov bildirmişdir ki, Xocalıda törədilmiş qətliam bəşər tarixinin ən ağır cinayətlərindən biridir. Bu soyqırımının qurbanlarının yeganə günahı onların Azərbaycan türkü olmaları idi. Milli Məclisin deputatı Qənirə Paşayeva ermənilərin və onların havadarlarının əsrlər boyu Azərbaycan və Türkiyədə xalqlarımızın başına gətirdikləri müsibətlərdən danışmışdır. Deputat vurğulamışdır ki, bütün dünyada özünü "əzabkeş xalq" kimi təqdim edən və türklərə qarşı qondarma "soyqırımı" təbliğatı aparan bədnam qonşularımızın törətdikləri vəhşiliklərin ən qəddarı isə Xocalı soyqırımıdır. Bütün dünya bu soyqırımı haqqında həqiqətləri bilməlidir. Son illərdə Azərbaycan və Türkiyənin diaspor təşkilatları erməni yalanlarının ifşa olunması və Xocalı soyqırımının tanıdılması istiqamətində mühüm işlər görmüşlər. Bu fəaliyyət daha da gücləndirilməlidir. Azərbaycan parlamentinin digər deputatı Sabir Rüstəmxanlı, Türkiyə Strateji Araşdırmalar Mərkəzinin nümayəndəsi, professor Cəmalədin Taşkıran, Kırıkkale Universitetinin dosenti Şenol Kantarçı və başqaları Azərbaycanda və Anadolu torpaqlarında erməni quldur dəstələrinin dinc əhaliyə qarşı törətdikləri qətliamlardan ətraflı bəhs etmişlər. Bildirilmişdir ki, Xocalıda amansızcasına qətlə yetirilmiş 613 nəfərin əksəriyyəti uşaqlar, qadınlar və yaşlı insanlar olmuşlar. Bəşəriyyətə qarşı törədilmiş bu ağır cinayətin günahkarları bu gün də Ermənistana rəhbərlik edirlər. Onlar öz layiqli cəzalarını almalı, türk və Azərbaycan diaspor təşkilatları soyqırımın təbliği istiqamətində daha geniş fəaliyyət göstərməlidirlər.
Konfransda Xocalı soyqırımını əks etdirən fotoslaydlar nümayiş etdirilmişdir.
Sonra Q.Paşayevanın və "Dağlıq Qarabağın Azərbaycanlı İcması" İctimai Birliyinin idarə heyətinin üzvü Həvva Məmmədovanın həmmüəllif olduqları, türk dilində nəşr edilmiş "Xocalı soyqırımı: şahidlərin dilindən" kitabının təqdimatı olmuşdur. Kitabda Xocalı soyqırımı şahidlərinin və Xocalı sakinlərinin acı xatirələri, ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin bu faciə ilə bağlı fikirləri və bəyanatları, Azərbaycan Milli Məclisinin dünya parlamentlərinə müraciətləri, dünya mətbuatında dərc olunmuş məqalələr, erməni terrorundan bəhs edən sənəd və fotolar yer almışdır.

{nl}


Oqtay BAYRAMOV AzərTAc-ın xüsusi müxbiri
Yalova


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında