Azərbaycan ilə Argentina arasında gömrük sahəsində əməkdaşlıq haqqında sazişin imzalanması nəzərdə tutulur

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevin Argentina Respublikası Federal Gəlirlər üzrə Dövlət Administrasiyasının rəhbəri Rikardo Eçeqarayın dəvəti ilə bu ölkəyə səfəri başlanmışdır.
Xarici İşlər Nazirliyindən verilən məlumata görə, səfərin ilk günündə iki ölkənin gömrük orqanlarının rəhbərləri arasında fikir mübadiləsi aparılmış, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin keçdiyi tarixi yol və hazırkı fəaliyyətinə dair film nümayiş etdirilmişdir.
Görüşdən sonra A.Əliyev Argentina gömrük xidmətinin rəhbər heyətinin müşayiəti ilə Buenos-Ayres portunun gömrük terminalına gəlmiş və terminalın fəaliyyəti ilə tanış olmuşdur.
Səfər çərçivəsində iki ölkə arasında gömrük sahəsində əməkdaşlıq haqqında sazişin imzalanması, "Azərbaycan gömrüyü bəşəri dəyərlər prizmasından" adlı sərginin və Dövlət Gömrük Komitəsi tərəfindən nəşr edilmiş kitabların təqdimatının keçirilməsi nəzərdə tutulur.
Eyni zamanda, Argentinanın hökumət, ictimai və işgüzar dairələrində görüşlərin keçirilməsi planlaşdırılır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında