Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Azərbaycana gələcəkdir

Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi fevralın 25-də Bakıya gələcəkdir. O, səfər çərçivəsində Azərbaycanın rəsmi şəxsləri ilə bir sıra görüşlər keçirəcək, həmin görüşlərdə Azərbaycanda və Cənubi Qafqaz regionunda vəziyyət müzakirə ediləcəkdir.
Bu, P.Semnebinin Aİ-nin xüsusi nümayəndəsi kimi Azərbaycana sonuncu rəsmi səfəri olacaqdır. P.Semnebinin xüsusi nümayəndə mandatının müddəti fevralın 28-də başa çatır. Onun səlahiyyət müddətinin uzadılması, yaxud yeni vəzifəyə təyin edilməsi məsələsi hələlik həll olunmamışdır.
Xatırladaq ki, keçən ilin yayında Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton Avropa İttifaqının Moldovada, Cənubi Qafqazda və Yaxın Şərqdə xüsusi nümayəndələri vəzifələrinin ləğv edilməsi niyyəti barədə bəyanat vermişdi. Hazırda Aİ-nin 11 xüsusi nümayəndəsi vardır.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında