"Gömrük tarifi haqqında" Qanuna əlavələr və dəyişikliklər ediləcəkdir

Fevralın 22-də Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilmişdir.
Komitənin sədri Əli Hüseynli bildirmişdir ki, müzakirəyə çıxarılan qanun layihələri qanunvericilik təşəbbüsü qaydasında ölkə başçısı tərəfindən təqdim edilmişdir.
Sonra parlament Aparatının inzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Nizami Səfərov bir sıra qanunlara təklif olunan əlavə və dəyişikliklər barədə məlumat vermişdir. Bildirilmişdir ki, "Gömrük tarifi haqqında" Qanuna sərhəddən keçən malların mənşə ölkəsini təsdiq edən sertifikatın, "Yeyinti məhsulları haqqında" Qanuna isə gigiyenik sertifikatın verilməsinə görə dövlət rüsumlarının ödənilməsi ilə bağlı əlavələrin edilməsi nəzərdə tutulmuşdur. Həmçinin "Notariat haqqında" Qanunda təsbit olunmuş notariat kontorlarının və notariat arxivinin saxlanılması üçün ödəniləcək məbləğin dövlət rüsumu kimi göstərilməsi təklif olunur.
Deputatlar qanunlara təklif olunan əlavələr barədə rəy və təkliflərini bildirmiş, fikirlərini bölüşmüşlər.
İclasda "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Qanuna, Cinayət və İnzibati Xətalar məcəllələrinə təklif olunan dəyişikliklər və əlavələrə baxılmışdır. Qeyd edilmişdir ki, sənəddə gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrin qanunsuz istifadəsi ilə bağlı ödəniləcək cərimələrin məbləği və cəza tədbirləri müəyyən edilir. Sonra "Yol hərəkəti haqqında" Qanuna icbari sığortanın təmin edilməsi ilə bağlı nəzərdə tutulan əlavələr barədə məlumat verilmişdir.
Komitə üzvləri geniş fikir mübadiləsi zamanı bu gün ölkədə korrupsiya və rüşvətxorluqla mübarizə ilə bağlı əhəmiyyətli addımlar atıldığını qeyd etmişlər. Deputatlar müzakirəyə çıxarılan məsələlərin vacibliyini vurğulamışlar.
Tədbirin sonunda qanun layihələrinin Milli Məclisin plenar iclasında müzakirəyə təqdim edilməsi qərara alınmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında