Gəncədə xocalılılar tibbi müayinədən keçirilir

Dünən, Xocalı soyqırımının 26-ci ildönümü ərəfəsində, Gəncədə - «Yeni qəsəbə- 2» də məskunlaşan xocalılar  və həmin qəsəbənin digər sakinləri icbari tibbi müayinələrdən keçirilib. Tibbi proflaktik baxış üçün lazım olan bütün avdanlıq və aparatlar gətirilib və müayinələrin aparılmasına terapevt, pediatr, cərrah, oftalmoloq, endokrinoloq, onkoloq, stomotoloq, mama-ginekoloq və digər ixtisasdan olan həkimlər cəlb edilib.

Gəncə Şəhər Səhiyyə İdarəsinin rəisi, tibb elmləri doktoru, Əməkdar həkim Əlikram Məmmədov məlumat verib ki, qəsəbədə 1060 nəfərdən çox sakin müayinə olunub və onlara məsləhətlər verilib, 6 sakinə evində konsilium edilib.  Səyyar müayinələr zamanı 647 rentgenoflüoroqrafik, 114 elektrokardioqrafik, 98 ultrasəs, 238 laborator müayinə aparılıb. Onlardan 98 şəxsə ambulator müalicə təyin olunub, 14 şəxs stasionar müayinə və müalicə üçün şəhərdəki tibb müəssisələrinə dəvət olunub.

Xocalı rayonundan olan məcburi köçkünlər və qəsəbənin sakinləri Prezident İlham Əliyevin göstərişi ilə həyata keçirilən icbari tibbi müayinələr üçün ölkə rəhbərinə öz təşəkkürlərini bildiriblər. Onlar bu aksiyanı Dövlət rəhbərinin daim vətəndaşların sağlamlığı qayğısına qalmasının daha bir bariz nümunəsi kimi qiymətləndiriblər.

Gəncə şəhər Səhiyyə İdarəsinin rəisi Əlikram Məmmədov müayinələr zamanı sakinlərə maarifləndirici təlimlər də keçib.

 

Hamlet QASIMOV,
"
Xalq qəzeti"nin bölgə müxbiri

 

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında