Azərbaycanın şimal-qərb rayonlarında 2400 hektar sahədə tütün əkiləcək

“Azərtütün” MMC tərəfindən 2018-ci ildə respublikamızın şimal-qərb bölgəsi rayonlarında 2400 hektar sahədə “Virciniya” növlü ətirli tütün əkilməsi nəzərdə tutulur. Sahələrə əkiləcək tütün şitillərinin yetişdirilməsi üçün artıq cəmiyyətin Zaqatala rayonunun Aşağı Tala kəndində fəaliyyət göstərən tütün istehsalı və emalı məntəqəsinə 16 kiloqram “Virciniya” növlü tütün toxumu gətirilib və hazırda Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarının fermerlərinə paylanılır.

Tütün şitillərinin yetişdirilməsi üçün bu rayonlarda ümumi sahəsi 33 min kvadratmetr olan 3300-dən çox sadə istixana hazırlanıb. Bağlanmış müqavilə əsasında indiyədək 156 fermerə 10 kiloqram tütün toxumu paylanılıb və bu iş davam edir. Eyni zamanda, Zaqatala tütün istehsalı və emalı məntəqəsinin tərkibində olan istixana təsərrüfatında da martın əvvəlindən tütün şitillərinin yetişdirilməsinə başlanılacaq. Məntəqədə olan 7 istixananın hər birində tutumundan asılı olaraq 600 min ədəddən 800 minədək “Virciniya” növlü tütün şitili yetişdirmək mümkündür. Burada yetişdiriləcək tütün şitilləri ilə 220 hektar sahədə əkin aparmaq mümkün olacaq.

 

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında