Bərdədə quruculuq-abadlıq tədbirləri sürətlə və vüsətlə davam edir

Ölkə başçısının rəhbərliyi altında 2011-ci ilin əvvəllərindən rayonda start götürən geniş quruculuq-abadlıq işləri bu gün də sürətlə və vüsətlə davam etdirilir. İndi əsas diqqət dövlət başçısı tərəfindən təsdiq edilən “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın 2014-2018-ci illəri əhatə edən üçüncü mərhələsinin beşinci ilinin vəzifələrini uğurla icra etməkdir. Bu istiqamətdə görülən işlər şəhərin bütün küçə və meydanlarında özünü aydın şəkildə büruzə verir.

Həyata keçirilən təmir, bərpa və yenidənqurma işlərinin mərkəzi hazırda şəhər mədəniyyət mərkəzinin binası və ətraf ərazilərdir. Artıq bu mədəniyyət ocağında nəzəzrdə tutulan işlər son mərhələyə qədəm qoyub. Burada inşaat işləri respublika Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni irsin qorunması, inkişafı və bərpası üzrə Dövlət Xidməti tərəfindən həyata keçirilir. Tikintidə hər gün yüz nəfərdən çox inşaatçı çalışır.

Ətraf küçələrdə, həmçinin Heydər Əliyev prospektində də həyata keçirilən quruculuq-abadlıq tədbirləri diqqəti cəlb edir. Belə ki, səkilərə şəhərsalmanın müasir tələblərinə uyğun şəkildə tamet daş döşənir, su-kanalizasiya sistemləri qaydaya salınır, elektrik və kommunikasiya xətləri dəyişdirilir. Burada istər nəqliyyatın, istərsə də piyadaların gediş-gəlişi üçün rahat şərait yaradılır.

Qeyd edək ki, son günlər Bərdə şəhərində yaşıllaşdırma işlərinə də diqqət artmışdır. Səkilərin kənarlarında xeyli qiymətli dekorativ ağaclar əkilmişdir. Bütün  işlər bu sahədə səriştəli mütəxəssislərin ciddi nəzarəti altında aparılır.

 

Ziyəddin SULTANOV,
"Xalq qəzeti"nin bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında