Gəncə seçkilərə hazırlaşır

Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədə aprelin  11-də keçiriləcək növbədənkənar prezident seçkilərinə ciddi hazırlıq işləri aparılır.Hazırda bu şəhərdə əhali arasında yüksək əhval-ruhiyyə hiss olunur. Adamlar son illər şəhərdə aparılan geniş miqyaslı abadlıq-quruculuq işlərindən hədsiz razılıq edirlər və sözün əsl mənasında doğma şəhərləri ilə qürur hissi duyurlar. Gəncədə dövlət proqramlarının uğurlu icrası nəticəsində şəhər tanınmaz dərəcədə dəyişib.Şəhərə gələn yerli və xarici qonaqların ardı-arası kəsilmir.Gəncə Avropa Gənclər Paytaxtı, MDB-nin Mədəniyyət paytaxtı titullarına yiyələnib, keçirdiyi tədbirlər, şəhərin gözəlliyi, adamların qonaqpöərvərliyi ilə bütün Avropaya səs salıb. İndi də başqa bir beynəlxalq titula iddialıdır. Möhtəşəm tikililər, muzeylər, parklar, binalar, yenidən bərpa olunan tarixi-memarlıq abidələr, qədim Nizami yurdunun simasını gözəlləşdirib.

Belə gözəl şəhərdə hər bir iş nümunəvi olduğu kimi aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkiləri də həmişəki kimi nümunəvi olmalıdır. Şəhər fəallarının iştirakı ilə keçirilən toplantıda İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev xüsusilə dairə və məntəqələrdə maddi-texniki bazanın yüksək səviyyədə olması ilə bağlı adidiyyatı şəxsləri dinləyib. Məntəqələrdə rabitə, qaz, su və kanalizasiya xətlərinin yoxlanılması, məntəqələr yerləşən ərazilərin ətrafının daha da abadlaşdırılması ilə bağlı konkret tapşırıqlarını verib. Qeyd edilən məsələlər ətrafında müzakirələr aparılıb.

Qeyd edək ki, Prezident İlham Əliyev "Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında” sərəncam imzalayıb. Sərəncamla Mərkəzi Seçki Komissiyasına (MSK) növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2018-ci il aprelin 11-nə təyin olunmasını və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada ədalətli, şəffaf və demokratik seçki keçirilməsini təmin etmək tapşırılıb.

 

                   Hamlet QASIMOV,
“Xalq qəzeti”nin bölgə müxbiri

        

 

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında