“Naxçıvan İslam mədəniyyətinin paytaxtıdır” müsabiqəsinə yekun vurulub

Naxçıvan Dövlət Universitetində “Naxçıvan İslam mədəniyyətinin paytaxtıdır” foto-video müsabiqəsinə yekun vurulub. Fərqlənən tələbələr mükafatlandırılıb.

NDU-nun Mətbuat şöbəsindən aldığımız məlumatda bildirilir ki, universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov  qeyd edib ki, 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunması humanist və sülhsevər bir təşəbbüs olmaqla Azərbaycanın İslam birliyinə olan həssas münasibətinin göstəricisidir. O, Naxçıvanın onlayn səsvermə çoxluğu ilə 2018-ci ildə ölkəmizin “Gənclər Paytaxtı” seçilməsi münasibətilə tələbə-gəncləri təbrik edib.

Məlumatda deyilir ki, müsabiqədə Naxçıvanın İslam mədəniyyəti tarixində yerini və rolunu, bu qədim yurd yerimizdə mövcud olan İslam mədəniyyəti abidələrini və dini dəyərlərimizi əks etdirən materiallar yer alıb. Qaliblər universitetin instaqram səhifəsində ən çox səs alan 10 video və foto arasından seçilib. Peşəkar münsiflərin rəyinə əsasən, təsviri-incəsənət tarixi və nəzəriyyəsi ixtisası üzrə II kurs magistri Gülbani Əliyeva müsabiqənin qalibi olub. Mətbuat tarixi ixtisası üzrə I kurs magistri Tərlan Süleymanov II, yerüstü nəqliyyat vasitələri mühəndisliyi üzrə II kurs tələbəsi Elvin Şahtaxtinski isə III yerə layiq görülüblər.

Qaliblər Naxçıvan Dövlət Universitetinin diplom və pul mükafatı ilə təltif olunublar.

R.TAHİR,
“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında