Ağstafa: hər evə, hər mənzilə baş çəkək...

Ölkə rəhbərliyinin müvafiq tapşırığına uyğun olaraq Ağstafa rayonunun yaşayış məntəqələrində rayon icra hakimiyyəti başçısının sakinlərlə səyyar görüşləri davam etdirilir. Rayon icra hakimiyyəti hər bir yaşayış binasına, hətta hər bir mənzilə baş çəkməyi, adamların ortaya çıxa biləcək problemlərini dinləməyi qarşısına məqsəd qoyub. Növbəti belə bir görüş Ağstafa şəhəri dəmiryolu kənarında yerləşən çoxmənzilli yaşayış binalarının sakinləri ilə keçirilmişdir.

Tədbirdə rayon icra hakimiyyəti başçısı aparatının məsul işçiləri, idarə, müəssisə və təşkilatların rəhbərləri, eləcə də şəhər sakinləri iştirak etmişlər. Səyyar görüşdə sakinləri narahat edən məsələlər öyrənilmiş, onların arzu və təklifləri dinlənilmişdir. Rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev məsələlərin operativ qaydada həll olunması üçün müvafiq təşkilatların rəhbərlərinə konkret tapşırıqlar vermişdir.

Elə həmin gün sakinlərin yaşadıqları binalara baxış keçirilmiş, onların məişət şəraitləri ilə yaxından tanış olmuşlar.

 

Hamlet QASIMOV,
"Xalq qəzeti"nin bölgə müxbiri

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında