Berlin Azad Universitetində Qarabağ münaqişəsinə dair tədbir keçirilmişdir

Almaniyanın aparıcı ali məktəblərindən olan Berlin Azad Universitetində (Freie Universitat Berlin) Dağlıq Qarabağ münaqişəsinin yaranma səbəbləri, tarixi və həlli perspektivlərinə dair elmi-akademik tədbir keçirilmişdir.
Tədbir həmin universitetin Türkologiya İnstitutu və Almaniya-Azərbaycan Forumunun təşkilatçılığı ilə reallaşmışdır. Azad Universitetin akademik senat zalında təşkil edilən tədbiri Türkologiya İnstitutunun professoru Klaus Şöniq açaraq türk dünyasının mühüm ölkəsi olan Azərbaycanın əsas probleminin təmsil etdiyi universitetdə elmi auditoriyanın diqqətinə çatdırılmasının xüsusi əhəmiyyətini vurğulamışdır.
Daha sonra tədbirdə münaqişəyə dair iki əsas məruzə dinlənilmişdir. Almaniya Bundestaqının elmi əməkdaşı Heiko Langner münaqişənin tarixi kökləri, gedişatı və onun beynəlxalq hüquq baxımından qiymətləndirilməsi barədə məruzə etmişdir. Heiko Langner münaqişə ərzində cərəyan etmiş hadisələri tarixi və beynəlxalq hüquqi perspektivdən dəyərləndirmişdir. O, xüsusilə Dağlıq Qarabağ bölgəsinin Azərbaycandan ayrılmasının hüquqi baxımından mümkünsüzlüyünü bildirmişdir.
Frankfurt Sülh Araşdırmaları İnstitutunun elmi əməkdaşı, siyasi elmlər doktoru Azər Babayev isə məruzəsində dalana dirənmiş Qarabağ sülh danışıqları haqqında tədbir iştirakçılarını ətraflı məlumatlandırmışdır. A.Babayev Ermənistanın xüsusən 2010-cu ildə qeyri-konstruktiv cəhdləri nəticəsində sülh danışıqlarının dalana dirənməsini konkret fakt və dəlillərlə sübut etməyə çalışaraq diqqəti beynəlxalq güclərin bu məsələdə Ermənistan hakimiyyətinə davamlı təzyiq etməsinə yönəltmişdir.
Gənc tədqiqatçı A.Babayev daha sonra münaqişənin həlli ilə bağlı yenicə işləyib hazırladığı minimalist həll modelini təqdim etmişdir. O, münaqişənin Azərbaycanın ərazi bütovlüyü çərçivəsində həllinin həm regiondaxili sülh və inteqrasiya, həm də bölgənin Avropaya inteqrasiyası baxımından spesifik üstünlüklərini göstərərək regiondakı sərhədlərin yenidən cızılmasının müasir beynəlxalq siyasi məntiqə uyğun gəlməməsini əsaslandırmışdır. A.Babayev, əksinə, regional inteqrasiya zəminində mövcud sərhədlərin əhəmiyyətinin azaldılmasının vacibliyini vurğulamışdır. Sülh araşdırmaçısı daha sonra qeyd etmişdir ki, Azərbaycanın daxilində geniş muxtariyyət statusu almaqla Dağlıq Qarabağ Azərbaycan və Ermənistan arasında tez bir zamanda yenidən əməkdaşlıq münasibətlərinin qurulmasında katalizator rolunu oynaya bilər.
Berlin Azad Universitetində bu səpkidə ilk olan tədbirdə çoxlu sayda tələbə və region üzrə tədqiqatçılar iştirak etmişlər. Məruzələrdən sonra tədbir iştirakçıları ilə mövzu ətrafında geniş müzakirə aparılmışdır.
Tədbiri yekunlaşdıran professor Klaus Şöniq münaqişə barədə çoxlu yeni faktlar öyrəndiyini qeyd edərək Azərbaycanla bağlı bu cür elmi-akademik tədbirlərin gələcəkdə müntəzəm keçirilməsi təklifini irəli sürmüşdür.{nl}

Vüqar SEYİDOV AzərTAc-ın xüsusi müxbiri
Berlin

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında